Çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək

21 Noyabr 2019 14:17

Xəbər 46 dəfə oxunub

Noyabrın 21-də Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək.Azərtac xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə keçirilən və dekabrın 1-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparacaq.Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışacaq. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. D qrupunda isə Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları mübarizə aparacaqlar.Çempionatın qrup mərhələsinin görüşləri noyabrın 21-26-da oynanılacaq. Noyabrın 28-də dörddəbir, 30-da yarımfinal qarşılaşmaları keçiriləcək. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 1-də təşkil olunacaq.Oyunların idarə olunmasında azərbaycanlı FIFA referisi İnqilab Məmmədov da iştirak edəcək.Çimərlik futbolu üzrə Azərbaycan seçməsi çempionatın iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilsə də, ikinci dövrədə sonuncu pillədə qərarlaşıb.Qeyd edək ki, çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. İndiyədək Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2021-ci ildə çempionat Rusiyada keçiriləcək.Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya və Rusiya iki, Fransa isə bir dəfə çempion olub.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20