Çin Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib

23 May 2019 14:44

Xəbər 108 dəfə oxunub

Rəsmi Pekin iki döyüş gəmisini Tayvan boğazına göndərdiyi üçün ABŞ-a xəbərdarlıq edib.Azərtac xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan mayın 23-də keçirdiyi ənənəvi mətbuat konfransında Birləşmiş Ştatlardan “Vahid Çin” prinsipinə hörmətlə yanaşmağı tələb edib. “Çin ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçidini yaxından izləyib və bununla əlaqədar Birləşmiş Ştatlara narazılığını bildirib, – deyə Lu Kan bildirib.Tayvan məsələsinin Çin-ABŞ münasibətlərinin ən vacib və həssas hissəsi olduğunu vurğulayan Çin XİN-in rəsmisi rəsmi Vaşinqtondan razılaşdırılmış “Vahid Çin” siyasətini və imzalanmış 3 Çin-ABŞ birgə kommünikesini dəstəkləməyə çağırıb.Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş vermiş vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.Azərbaycan da “Vahid Çin” siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17