COVID-19 əleyhinə 1772 doza vaksin vurulub

8 İyun 2022 15:30

Xəbər 41 dəfə oxunub

İyunun 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1772 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 245, ikinci doza vaksinlərin sayı 149, üç və daha çox doza vaksinlərin sayı 1234, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 144-dür.Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 737 min 949, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 349 min 904, ikinci mərhələ üzrə 4 milyon 850 min 340, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 290 min 717, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 988-dir.xeber100.com