COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

7 May 2022 18:43

Xəbər 109 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 849 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 841, bu günə qədər isə ümumilikdə 6 milyon 832 min 323 test icra olunub.xeber100.com