COVID-19 infeksiyasına 8 yoluxma faktı qeydə alınıb

6 May 2022 15:14

Xəbər 52 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 8 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 846 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 556, bu günə qədər isə ümumilikdə 6 milyon 829 min 482 test icra olunub.