COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

13 May 2022 15:13

Xəbər 44 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 890 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 65 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 658, bu günə qədər isə ümumilikdə 6 milyon 847 min 892 test icra olunub.xeber100.com