COVID-19 infeksiyasına yoluxma göstəriciləri açıqlanıb

20 Fevral 2021 14:40

Xəbər 39 dəfə oxunub

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.Azərtac koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,1 faizi Yasamal, 10,9 faizi Sabunçu, 8,2 faizi Suraxanı, 8,2 faizi Nərimanov, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,9 faizi Xəzər, 5,3 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.xeber100.com

COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb.Azərtac xəbər verir ki, bu barədə mətbuat konfransında bildirən təşkilatın baş direktoru Tedros Qebreyesus bunu Avropada son həftələrdə koronavirus əleyhinə görülən tədbirlərlə əlaqələndirib.ÜST rəhbəri bununla bağlı əhalini sayıqlığı itirməməyə, səyahətlərdən mümkün qədər imtina etməyə, Yeni il, Milad və digər bayramları dar mühitdə, ev şəraitində keçirməyə çağırıb.“Bayram günləri biz hamımız yaxınlarımızın yanında olmaq istəyirik. Lakin ailə və dostlarla birlikdə olmağa cəhd etməklə biz nə özümüzü, nə də onların həyatını təhlükəyə məruz qoymamalıyıq. Görüşmək barədə qərar qəbul etməklə biz kiməsə təhlükə yaratmamağımıza əmin olmalıyıq”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, yalnız açıq havada bir araya gəlməyə, fiziki məsafəni saxlamağa, səyahətlərdən, izdihamlı alış-veriş mərkəzlərindən çəkinməyə, zəruri malları mümkün qədər internet vasitəsilə sifariş etməyə, maska taxmağa, dezinfeksiyaedici maddələrdən istifadə etməyə, əlləri tez-tez yumağa çağırıb.“Bütün bu ehtiyat tədbirləri sizə və başqalarına infeksiya riskini minimuma endirməyə kömək edəcək”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, səbirli olmağı, gələcək üçün planlar qurmağı və yalnız təhlükə sovuşduqda bir araya gəlməyi tövsiyə edib.“Pandemiya, təbii ki, sona çatacaq. Buna biz hamımız öz töhfəmizi verməliyik”, - deyə doktor Tedros bildirib.O qeyd edib ki, ÜST-nin özündə artıq işlənib-hazırlanmaqda olan mövcud vasitələrdən və vaksinlərdən istifadə etməklə pandemiya üzərində qələbə qazanılacağına inanırlar.xeber100.com

Dekabr 2, 2020 11:07

“Annals of the American Thoracic Society” jurnalı yazır…

Xəstəxanalarda COVID-19 ilə bağlı ölüm hallarının sayı qrip ilə əlaqədar ölüm hallarından iki dəfə çoxdur. Qripdən ölənlərin statistikası göstərir ki, onların bir çoxu evdə dünyasını dəyişirlər, çünki bu virusu təhlükəli hesab etmirlər.Azərtac xəbər verir ki, bu barədə “Annals of the American Thoracic Society” jurnalında xəstəxanalarda koronavirus və qripdən ölüm hallarını təhlil edən araşdırmanın nəticələrində bildirilib.Qeyd edilib ki, söhbət xəstəxanalara ağır qrip və koronavirus formaları ilə müraciət edənlərdən gedir. COVID-19 ilə xəstələrdə ölüm nisbəti 40 faiz, qrip xəstələri arasında isə 19 faiz təşkil edir.Bu məlumatlar xəstənin yaşından, cinsindən, digər xəstəliklərin mövcudluğundan asılı deyildi. Bu, ABŞ-da COVID-19 və qrip xəstələrində klinik xüsusiyyətləri, laboratoriya nəticələrini birbaşa müqayisə edən ilk tədqiqatdır. Əvvəllər bu xəstəliklər arasındakı ölüm halı, xəstəxanalara qəbul olub-olmamasından asılı olmayaraq, bütün xəstələrin ümumi xüsusiyyətlərinə görə müqayisə olunurdu.COVID-19 üçün dəqiq ölüm nisbətini hesablamaq olduqca çətindir, çünki tam olaraq nə qədər insanın xəstə olduğunu təyin etmək mümkün deyil. Pandemiyanın ilk aylarında yalnız ən ağır xəstələrə testlər edilirdi və asimptomatik və ya yüngül halların 90 faizindən çoxu nəzərə alınmırdı. O zaman sadə hesaba əsaslanaraq, koronavirusdan ölüm nisbətinin demək olar ki, 10 faizə yaxınlaşdığı nəticəyə gəlirdilər. Daha sonra, asimptomatik xəstələr üçün düzəlişlə Dünya Səhiyyə Təşkilatı onu 0,6 faizə endirdi, bu da mövsümi qrip üçün 0,1 faizdən çox yüksəkdir.xeber100.com

Noyabr 17, 2020 13:02