Cüdo Federasiyası növbəti dünya reytinqini açıqlayıb

9 İyul 2019 15:09

Xəbər 55 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti dünya reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan cüdoçularının bəzilərinin reytinqi aşağı düşüb. Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub. İdmançımız ən yaxın izləyicisi Soıçı Haşımotonu 107 xal qabaqlayır.Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.Komandamızın ağır çəkili cüdoçusu Uşangi Kokauri (+100 kq) bir pillə geriləyib. O, hazırda 14-cü pillədədir. Dünya reytinqində dördüncü olan İrina Kindzerska (+78 kq) da bir pillə geriləyərək beşinci mövqedə qərarlaşıb. “Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yeri tuturlar.Yüngül çəkilərə gəldikdə, Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09