Cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq

5 May 2022 14:35

Xəbər 49 dəfə oxunub

Mayın 6-8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı gücünü sınayacaq. Üç gün davam edəcək turnirdə 2008-2010-cü illər təvəllüdlü idmançılar iştirak edəcəklər.Qeyd edək ki, Azərbaycan birinciliyinə seçim mərhələsi çərçivəsində keçirilən yarışlarda 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.Yarışın təşkilində Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02