Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunub

19 Oktyabr 2022 14:54

Xəbər 199 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzalayıb.V.Putin Təhlükəsizlik Şurasının iclasında Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzaladığını bildirib. Rusiya Federasiya Şurasının fərmanı qısa müddətdə müzakirə edəcəyi bildirilir.Bundan əlavə, V.Putin regionlarda təhlükəsizliyin qorunması üçün qubernatorlara xüsusi səlahiyyətlər verilməsi və əlaqələndirmə komitəsinin yaradılması barədə tapşırıq verib. O, həmçinin Rusiya hökumətinin sədri Mixail Mişustinin rəhbərliyi ilə Ukraynada xüsusi əməliyyatla bağlı məsələlərin həlli üçün əlaqələndirmə şurası yaradılacağını bildirib.xeber100.com