Dövlət Dəniz Agentliyinin məlumatı əsasında…

9 Mart 2020 14:30

Xəbər 53 dəfə oxunub

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 9-da Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki – Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.Azərtac xəbər verir ki, Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov jurnalistlərə müsahibəsində görülən işlərdən danışıb. Bildirib ki, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.Bu gün, həmçinin Dövlət Dəniz Agentliyinin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin “Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən “Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. Dəniz gəzintilərində tələbata uyğun olaraq əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir. Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.xeber100.com

Bibiheybət istiqamətində tikinti-bərpa işləri davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işlərini davam etdirir.AAYDA-dan Azərtac-a bildirilib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Sözügedən layihəyə uyğun olaraq, yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar bir metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1,5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.Bundan başqa, ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb. Tikinti-bərpa işlərinin növbəti, sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür.Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısamüddətli məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub. Qeyd olunan işlərlə yanaşı, yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülür.Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.xeber100.com

Mart 30, 2020 19:51

“Azəriqaz” İstehsalat Birliyi işləmək imkanlarını səfərbər edir

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəlikdən vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. “Azəriqaz” İstehsalat Birliyi də Hökumətin tələb və tövsiyələrini nəzərə alaraq bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, qurumun strukturuna daxil olan bütün təşkilatların rəhbərləri və onların müavinləri, növbəli iş rejimi və ya iş qrafiki ilə işləyən işçilər növbədənkənar məzuniyyətə göndərilməyəcək. Lakin yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Bundan başqa məzuniyyət siyahısı tərtib edilərkən işə çıxarılması zəruri hesab edilməyən digər şəxslər, yəni evdən çalışması mümkün olan və ofisə gəlmədən də evdən işləyə bilən işçilərə üstünlük verilib. Yəni qurum sabahdan etibarən, daha az işçi qüvvəsi ilə maksimum işləmək imkanlarını səfərbər edir.Bu qərar təkcə ştat cədvəli ilə çalışanlara deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da (başqa sözlə sosial yardım alan fərdi sahibkarlar) şamil olunur.xeber100.com

Mart 28, 2020 23:13