Dünya Karate Federasiyasının açıqlamasına əsasən…

19 Mart 2020 11:02

Xəbər 28 dəfə oxunub

Karate üzrə milli komandamızın liderləri Rafael Ağayev və İrina Zaretskanın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcəyi rəsmiləşib.Azərtac xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi Olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev 75, İ.Zaretska isə 61 kiloqram çəki dərəcəsində yarışacaq.R.Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusadır (Yaponiya).İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin Olimpiya lisenziyası qazanması iyunun 26-28 Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.xeber100.com