Dünya ölkələrindəki diaspor təşkilatları

3 May 2016 15:49

Xəbər 884 dəfə oxunub

Avropa ölkələri

2004-cü il aprel ayının 17-də Almaniyanın paytaxtı Berlində “Avropa Azərbaycanlıları Konqresi”nin (AAK) təsis edilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Dünyanın 28 ölkəsində 50-dən artıq diaspor təşkilatı – Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarmı təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə əməkdaşlıq edir.

Almaniya
Azərbaycan diasporunun ən geniş təmsil olunduğu Avropa ölkələrindən biri Almaniyadır. 1988-ci ildən bu ölkədə fasilələrlə onlarla cəmiyyət fəaliyyət göstərmiş, bir çoxu bu gün də işini davam etdirir. “Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ildə Berlin şəhərində yaradılmışdır. Berlində “Azərbaycan-Alman Akademiyası” (1986), “Azərbaycan Kültür Ocağı” və onun nəzdində “Savalan” jurnalı, “Ocaq” Cəmiyyəti (1988), “Odlar Yurdu” Mədəniyyət və Təhsil Cəmiyyəti, Bonn şəhərində “Azərbaycan Kültür Ocağı”, Düsseldorf şəhərində “Alman-Azərbaycan Cəmiyyəti” (1991), Frankfurt şəhərində “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”, Köln şəhərində “Azərbaycan Kültür Cəmiyyəti” (1990), Nürnberq şəhərində “Azərbaycan Kültür Dərnəyi” (1990), Limburq şəhərində “Azərbaycan Evi” (1997) və s. diaspor təşkilatları Azərbaycan Respublikası ilə Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin inkişafında yaxından iştirak etmişlər. 1996-cı ildə Almaniyadakı Azərbaycan cəmiyyətləri vahid strukturda – “Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası”nda (AACF) birləşmişlər. Federasiyanın əsas məqsədi diaspor təşkilatları arasında əlaqələri daha da gücləndirməkdir. 1999-cu il avqustun 21-22-də AACF-nin Bonnda 1-ci qurultayı keçirilmişdir. 2004-cü ilin oktyabrında Berlin şəhərində “Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu” fəaliyyətə başlamışdır. Eyni zamanda, alman və Azərbaycan dili kursları açılmış, kompyuter savadı və musiqi dərsləri tədris olunmağa başlamışdır.

Böyük Britaniya
Böyük Britaniyada azərbaycanlıların ilk nümayəndələri XX əsrin ortalarından məskunlaşmağa başlayıblar. Hazırda Londonda xeyli sayda azərbaycanlı yaşayır və güclü diaspor təşkilatları fəaliyyət göstərərir. Azərbaycan-İngiltərə Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti və Azərbaycan Gənclər Klubunun fəalları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycanlıların təşkilatlanması, Qarabağ probleminin həlli istiqamətində atılan addımların geniş vüsət alması istiqamətində işlər görürlər. Londonda azərbaycanlı uşaqların öz dilini unutmaması üçün Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bundan başqa, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ingilis dilində “Visions of Azerbaiyan” jurnalı dərc olunur. Təşkilat mütəmadi olaraq Qarabağla, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, problemlərin avropalılara çatdırılması üçün səy göstərir.

Fransa
Fransada Azərbaycan mühacirətinin ilk nümayəndələri (Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.) XX əsrin birinci rübündə fəaliyyətə başlasa da, mütəşəkkil diaspor təşkilatlarının formalaşması son 15-20 ilə təsadüf edir. Fransada bir neçə milli mədəniyyət mərkəzləri, o cümlədən, “Azərbaycan Evi” Assosiasiyası fəaliyyət göstərir. 2003-cü ilin noyabrında azərbaycanlı tələbələr və gənclər tərəfindən “Azərbaycan-Fransa Gənclik Assosiasiyası” (AFGA) yaradılmışdır. Cəmiyyətin məqsədi ölkədə fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının işini əlaqələndirməkdir. 2004-cü ildən assosiasiyanın “Körpü-Le Pont” jurnalı nəşr olunur.

İsveç
İsveçdə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti 1980-85-ci illərdə İran İslam Respublikasından mühacirət etmiş azərbaycanlılardır. 2001-ci ildə “Azərbaycan – İsveç Komitəsi” yaradılmışdır. Cəmiyyətin işində bir sıra nüfuzlu İsveç vətəndaşı da iştirak edir. Ölkədə Cənubi Azərbaycandan mühacirət etmiş azərbaycanlılar 2000-ci ilin iyununda “Azərbaycan – İsveç Federasiyası”nı təsis etmişlər. Cəmiyyət Azərbaycanla bağlı 14 icmanı, o cümlədən, “Ərk”, “Ulduz”, “Tribun”, “Savalan” və s. birləşdirir.

Avstriya
Avstriyada 2002-ci ilin oktyabrında “Azərbaycan akademik dərnəyi” yaradılmışdır. Cəmiyyət Azərbaycan Respublikasının dövlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir.

Niderland Krallığı
Niderland Krallığında fəaliyyət göstərən “Azərbaycan-Niderland Cəmiyyəti” 2003-cü ilin avqustunda yaradılmışdır. Təşkilatın 2004-cü ildən “Benilüks” qəzeti nəşr olunur. Niderland Krallığının Den-Haaq şəhərində 1993-cü ildən “Azərbaycan Türk Kültür Dərnəyi” fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının ölkə ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra konkret işlər görmüşdür.

Amerika Birləşmiş Ştatları
Azərbaycan mühacirətinin ən geniş təmsil olunduğu ölkələrdən biri ABŞ-dır. Burada yaşayan azərbaycanlıların sayı haqqında dəqiq məlumatlar olmasa da, müxtəlif mənbələrdə onların sayı 400 mindən 1 milyona qədər göstərilir. ABŞ-ın Los-Anceles şəhərində 1997-ci ildə yaradılmış “Dünya Azərbaycanlıları Konqresi” (DAK) yalnız Amerika ərazisində deyil, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyə çalışır. 1970-ci ildə ABŞ-da yaranmış “Amerika-Türk Assosiasiyalar Assambleyası”nın (ATAA) Amerika və Kanadada 57 şöbəsi fəaliyyət göstərir. ATAA bir sıra dövri nəşrlər, o cümlədən, “The Turkish World” jurnalını (1989) dərc etdirir. ATAA Türkiyə və Türk-Amerika icmalarının keçirdiyi forumlarında yaxından iştirak edir, digər icmalarla sıx əlaqə yaradır.

Kanada
2005-ci il aprelin 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada-Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, KanadaAzərbaycan Alyansının iştirakı ilə Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı keçirilmişdir.

Avstraliya və Yeni Zelandiya
Bu ölkələrdə təqribən 10 min azərbaycanlı yaşayır. Avstraliyada “Azərbaycanlılar Cəmiyyəti” (1996, Sidney) və “Avstraliya-Azərbaycan Cəmiyyəti” (2003, Sidney), Yeni Zelandiyada isə “Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti” (2004, Oklend) fəaliyyət göstərir. Azərbaycanlıların əksəriyyəti İran və Türkiyədən köçmüş mühacirlərdir.

Orta Asiya Respublikaları

Qazaxıstan
Rəsmi məlumatlara görə, Qazaxıstanda təqribən 106 min azərbaycanlı yaşayır. Onlar, əsasən, Cambul, Çimkənd, Almatı, Taldı-Kurqan vilayətlərində məskunlaşmışlar. “Turan” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (1993) təşəbbüsü ilə Almatıda “Ozan” Mədəniyyət Cəmiyyəti, digər vilayətlərdə (Kustanay, Cambul, Taldı-Kurqan, Petropavlovsk) diaspor təşkilatları yaradılmışdır. 1992-ci ildən Qazaxıstan dövlət radiosunda Azərbaycan dilində “Dostluq” proqramı, 2002-ci ildən azərbaycanlıların Bazar günü məktəbi fəaliyyət göstərir. “Turan” öz işini Qazaxıstan ərazisində fəaliyyət göstərən 17 Azərbaycan cəmiyyəti ilə (“Qobustan” – Almatı, “Dostluq” – Aktyubinsk vilayəti, “Novruz” – Atırausk vilayəti, “Azəri” – Cambul vilayəti, “Vətən” və “Azərbaycan” – Pavlodar vilayəti və s.) ilə birlikdə qurur.

Özbəkistan
Özbəkistan Respublikasında fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” 2003-cü ilin yanvarında təsis edilmişdir. Cəmiyyətin nəzdində “Azəri” qızlar rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv 2003-cü ildə Özbəkistanda keçirilən dostluq və mədəniyyət festivalının laureatı olmuşdur. Daşkənd şəhərində “Qardaşlıq” Azərbaycan Mədəniyyəti Mərkəzi, “Azərbaycan Evi” də fəaliyyət göstərir. “Azərbaycan Evi”ndə ana dili və kompyuter üzrə siniflər; güləş zalı; kitabxana; Heydər Əliyev adına muzey; “Azərbaycan xalqına qarşı genosid” ekspozisiyası mövcuddur.

Qırğızıstan 
Qırğızıstan Respublikasında yaşayan azərbaycanlıların “Azəri” ictimai təşkilatı 1992-ci ildə yaradılmışdır. Ölkədə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti XX əsrin 30-cu illərində repressiyalar zamanı sürgün edilmiş Azərbaycan vətəndaşlarıdır. “Azəri” cəmiyyəti yarandığı gündən qarşısına həmvətənlərin hüquqlarmı qorumaq, Qırğızıstanın ictimai həyatında aktiv iştirak etmək, tarixi vətənlə mütəmadi əlaqələr saxlamaq məqsədini qoymuşdur. Qırğızıstan Milli Teleradio Şirkəti nəzdində “Azəri” şöbəsi fəaliyyət göstərir. Bişkek şəhərində azərbaycanlı uşaqlar üçün Bazar günü məktəbi açılmış, “Ulduzlar” folklor özfəaliyyət ansamblı yaradılmışdır.

Rusiya Federasiyası (RF)
Rusiya ərazisində yaşayan azərbaycanlıların ümumi sayı 3 milyona yaxındır. Ölkədə fəaliyyət göstərən ən güclü Azərbaycan diaspor təşkilatı “Ümumrusiya Azərbaycanlıları Konqresi”dir. 2001-ci il 5 mart tarixli təsis qurultayında Rusiya və Azərbaycanın yüksək dövlət rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yaradılan konqres Rusiya Federasiyası ərazisində millətlərarası barışığın və vətəndaş sülhünün möhkəmləndirilməsi, Rusiya dövləti ilə Azərbaycan Respublikası arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişaf etməsi və dərinləşməsi prosesinə yardım göstərməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycanlıların milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarının, sosial təminatının müdafiəsi, Rusiya ərazisində yaşayan digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmət ÜAK-ın başlıca vəzifələrindəndir. Eyni zamanda, konqres Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin, siyasi əlaqələrin inkişaf etdirilməsi istiqamətində real addımlar atmışdır. Rusiya ərazisində yaşayan azərbaycanlıların bir çox görkəmli nümayəndəsi konqresin işinə cəlb olunmuşlar: Rusiya Federasiyasının 73 subyektində təşkilatın regional şöbələri fəaliyyət göstərir. Bundan əlavə, digər milli cəmiyyət və icmalar ÜAK-ın kollektiv üzvləridir: “Ocaq” Mədəniyyət Mərkəzi (Moskva), “Azərbaycan” Cəmiyyəti (Moskva), “Azərbaycan-türk xalqları” (Kirov vilayəti), “Nizami” Cəmiyyəti (Ulyanovsk), “Azəri-Dərbənd” (Dağıstan), “Odlar Yurdu” (Stavropol), “Abşeron” (Kalininqrad), “DostluqDrujba” (Tula), “Dalğa” (Perm), “Xəzri” (Novosibirsk), “Azərbaycan Mədəniyyət Mərkəzi” (Buryatiya), “Ozan” (Çelyabinsk), “Əhli-Beyt” (Moskva), Tver, Kostroma, Tümen vilayətlərində fəaliyyət göstərən milli-mədəni muxtariyyətlər və s. Eyni zamanda, RF-nın Şimal-Qərb, Volqaboyu, Ural, Sibir və Uzaq Şərq federal dairələrində yerli şöbələrin fəaliyyətlərini əlaqələndirmək məqsədilə ÜAK-ın dairə şuraları yaradılmışdır. Konqresin mərkəzi strukturuna “İqtisadi İnkişaf Fondu”, “Hüquqi Müdafiə Mərkəzi”, “Азербайджанский Конгресс” qəzeti də daxildir. Rusiya ərazisində azərbaycanlıların ilk teleradio şirkəti, RF-də verilişlərini milli dildə yayımlayan “İnter-Azərbaycan” şirkəti, “Millətin səsi”, “Asudə vaxt” qəzetləri, “İrs” elmi-publisistik jurnalı, “Azərbaycan” kommersiya-sərgi mərkəzi də ÜAK-ın yardımı ilə fəaliyyət göstərir. Azərbaycan diasporunun Rusiya ərazisindəki strukturlarından biri də 1999-cu il oktyabrın 1-dəqeydiyyatdan keçmiş “Azərros” Federal Milli-Mədəni Muxtariyyətidir (FMMM). Moskva, Tver, Yaroslavl şəhərlərində fəaliyyət göstərən regional milli-mədəni muxtariyyətlərin bazasında təşkil olunmuş cəmiyyətin məram və vəzifələri Rusiyada daimi və müvəqqəti məskunlaşan azərbaycanlıları mütəşəkkil icma halında cəmləşdirmək, tarixi vətəndən kənarda milli mədəniyyətin, adət-ənənələrin qorunmasına yardımçı olmaq, Rusiyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların yerli mühitə adaptasiyasını, hüquqi müdafiəsini təşkil etməkdir. 2001-ci ildən təşkilatın “Азербайджанцы России” qəzeti nəşr olunur. Cəmiyyətin fəal dəstəyi ilə “Azərmediya” nəşriyyat evi, “Şəhriyar” ədəbi-ictimai məclisi fəaliyyət göstərir. FMMM-ə regional icmalarla (Moskva, Tver, Yaroslavl, Komi, Sankt-Peterburq, Kostroma şəhər şöbələri) birlikdə “Бакинец” cəmiyyəti və son zamanlar Volqoqrad, Saratov, Həştərxan, Voronej, Arxangelsk və Novosibirsk şəhərlərində yaradılmış milli mədəniyyət ocaqları da daxildir. Təşkilat Ukrayna, Moldova, Belarus, Estoniya, Qazaxıstan, Kanada və ABŞ-da fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə də əlaqələr yaratmışdır.
Rusiyada regional milli diaspor təşkilatları arasında özünün fəaliyyəti ilə seçilən cəmiyyətlərdən biri Sankt-Peterburq şəhərində 1999-cu ildə yaradılmış “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti”dir. Rusiya Federasiyasının bu ikinci böyük şəhərində azərbaycanlıların sayı 1988-93-cü illər ərzində xüsusilə artmışdır. AMMM-in fəal dəstəyi ilə artıq bir neçə ildir ki, burada azərbaycanlıların Bazar günü məktəbi, “Çinar” uşaq rəqs ansamblı fəaliyyət göstərir. “Azəri” qəzeti və “Диалог цивилизаций” jurnalı nəşr olunur.

Ukrayna Respublikası
Avropada ən fəal diaspor təşkilatlarından biri də 1999-cu ilin martında yaradılmış “Ukrayna Azərbaycanlıları Konqresi”dir (UAK). Cəmiyyət Ukrayna ərazisində yaşayan azərbaycanlıların milli-mədəni ənənələrinin qorunmasında, sosial-iqtisadi və ictimai-siyasi problemlərin həllində mühüm rol oynayır. Ukraynanın 27 inzibati mərkəzində (Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Lvov, Odessa, Poltava, Sevastopol, Ternopol, Xarkov, Xerson, Çerkassk, Çerniqov və digərləri) UAK-ın regional şöbələri vardır. Konqres fəaliyyət göstərdiyi ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müxtəlif ictimai-mədəni və xeyriyyə aksiyaları keçirir, Ukraynadakı digər diaspor mərkəzləri, ictimai və dövlət təşkilatları, xeyriyyə fondları ilə əməkdaşlıq əlaqələri qurur. Cəmiyyətin xətti ilə çernobılçılara, Zakarpatyedə təbii fəlakətlərdən, Donbass şaxtalarında baş vermiş qəzalardan ziyan çəkmişlərə, həmçinin uşaq evlərinə, internatlara, müharibə veteranlarına maddi yardım göstərilir. Konqresin nəzdində “Azərbaycan” ansamblı fəaliyyət göstərir. Cəmiyyətin bir sıra regional şöbələri nəzdində Bazar günü məktəbləri işləyir. Kiyevdə konqresin “Голос Азербайджана” qəzeti nəşr olunur. Konqresin təşəbbüsü ilə Azərbaycan və Ukrayna arasında tələbə mübadilələri, elmi müəssisələrin əməkdaşlığı haqqında müqavilələr imzalanmışdır. Konqres Azərbaycan və Ukraynanın dövlət və milli bayramlarının, tarixi günlərinin qeyd olunmasında, Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni tədbirlərində fəal iştirak edir.

Türkiyə Cümhuriyyəti
Türkiyə ərazisində 1991-2002-ci illərdə “İzmir Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi”, “Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Bursa Azərbaycan Evi Dərnəyi”, “Kocaeli Azərbaycan Evi Dərnəyi”, “Çanakkale Azərbaycan Evi Dərnəyi”, “Balıkesir Azərbaycan Evi Dərnəyi”, “Aydın Azərbaycan Evi Dərnəyi”, “Muğla Azərbaycan Evi Dərnəyi”, “Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Antalya Azərbaycan Evi Dərnəyi”, “Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “İğdır Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Hatay Azərbaycan Türk Kültür Merkezi”, “İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Edirne Azərbaycan Evi Dərnəyi” və s. cəmiyyətlər yaradılmışdır. 2004-cü ilin mayında İskəndərun şəhərində Türkiyədəki Azərbaycan təşkilatlarmı özündə birləşdirən “Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası” (TADF) təsis olunmuşdur. Federasiya ölkənin 20-yə yaxın şəhərində (Ankara, İstanbul, İzmir, Balıkesir, Tire, Dörtyol, Çanaqqala, İqdır və s.) fəaliyyət göstərən “Azərbaycan Evi” cəmiyyətlərini əhatə edir. Qurum Türkiyədə Azərbaycan maraqlarmı təbliğ edir, Azərbaycan təşkilatlarının işini əlaqələndirir. Türkiyədəki Azərbaycan dərnəkləri fəaliyyət göstərdikləri bölgənin ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında fəal rol oynayırlar. “İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi” 2004-cü ilin yanvarından “Azərbaycan Dünyası” adlı jurnal buraxır.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı əsasında…

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icmasının fəal üzvləri Haaqa Ədalət Sarayının önündə dinc aksiya keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində qəsbkar və təcavüzkar siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib. Niderland ictimaiyyətinin diqqəti “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistan minaları - müharibə cinayətləri!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlara cəlb edilib. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər. Aksiya zamanı Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, musiqiçilərimizin ifasında ölkəmizin Qarabağ bölgəsinə həsr olunmuş muğam parçaları və mahnılar səsləndirilib. İcma üzvlərinin birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə aksiya yekunlaşıb. Qeyd edək ki, aksiya zamanı Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini əks etdirən bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələrini təhvil verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar diqqətə çatdırılıb.

Avqust 31, 2023 12:50

Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda

Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib. Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad olunması üçün çağırış ediblər. Bəyanatın tam mətnini təqdim edirik: “Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür. “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir. Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur. Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir. Biz, xaricdə yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq. Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik. Biz, xaricdə yaşayan azərbaycanlılar, dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.xeber100.com

Aprel 16, 2023 12:46

Elxan Mirhəşimli: Qarabağa gedən yol milli birlikdən keçir

Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində olan düşmənin növbəti təxribatı sadəcə ölkəmizİ deyil, o cümlədən dünya ölkələrində yaşayan, Azərbaycan maraqlarının qorunmasında rol oynayan diaspor təçkilatlarını da narahat etməyə başladı. İctimai fəal, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Azərbaycan dövlətinə, ordusuna kömək məqsədilə düşmən təxribatına qarşı mübarizə aparan diaspor rəhbərləri sırasındadır. E.Mirhəşimli xeber100.com saytına bu barədə danışaraq qeyd etdi ki,  Niderland Azərbaycan Evi olaraq bu istiqamətdə fəaliyyətlərinbi daha da gücləndiriblər: “Yerli medya, təşkilat və siyasi partiyalara hazırkı durum barədə məktublar ünvanladıq, maarifləndirmə işlərinə başladıq. Bu yaxınlarda bəzi siyasi partiyalarla görüşlərimiz gözlənilir. Niderland xarici işlər nazirliyinə müraciət edərək Ermənilərin işğalçı siyasətinə,  torpaqlarımızın işğal olunmasina münasibət bildirilməsini istəmişik”. Yeri gəlmişkən, 17 iyul Niderlandda fəaliyyət göstərən butun Diaspora təşkilatları bir araya gələrək Niderland Parlamenti qarşısında etiraz mitinqi keçirərək ermənilərin işğalçı siyasətinə son qoyulmasına qarşı məktub ünvanlamaqla yanaşı, Erməni səfirliyinə də bəyanat göndərilib. E.Mirhəşimlio bildirir ki, ermənilərin 18 iyul tarixində Niderlandda Azərbaycan səfirliyinin qarşısında etiraz mitinqi keçirəcəyinə dair məlumat əldə ediblər: “ Siyasi baxışından asdılı olmayaraq Niderlandda yaşayan bütün həmyerlilərimizi dövlət sərhədimizi qorumağa səslədik. Almaniyada, Belçikada, Niderlandda yashayan yüzlərlə həmyerlilərimiz ermənilərə qarşı olan etiraz səsimizə səs verdilər, ölkəmizə qarşı etiraz şüarlarının səslənməsinə imklan vermədilər. Bunların şahidi olan ermənilər bizə qarşı daha sərt mövqe tutaraq mane olmağa çalışdılar. Holland polisi həmin mıəqama müadixlə edərək ermənilərin qarşısını almağa müvəffəq oldular”. O da qeyd olunur ki, ermənilər Azərbaycan səfirliyinin qarşısında Asala terror təşkilatının geyim və palakatları ilə iştirak ediblər ki, bu da diplomatlarımıza qarşı təhdid kimi səslənib: “Bildiyiniz kimi Asala terror təşkilatı Avropada Türk diplomatlarına qarşı terror aktı keçirmişdilər. 22 iyul ermənilər Brüsseldəki Azərbaycan səfirliyi qarşısında mitinq etməyə cəhd etsələr də burada da Azərbaycan bayrqaları ilə qarşılaşdılar və bunun nəticəsidir ki, hər zamankı kimi 10-15 qruplara ayrılaraq xaincə hücuma keçdilər. Ermənilərə havadarlıq edənlər erməni faşizmini dəstəkləməkdə davam edir. Bütün bunları nəzərə alaraq bildirirəm ki, Qarabağa gedən yol milli birlikdən keçir. Bir olma zamanıdır. Biz Niderland Azərbaycan Evi olaraq bütün təşkilatlarla mübarizəyə, təbliğata davam edirik”.xeber100.com      

İyul 23, 2020 14:14

Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluq tərəfindən 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.Tədbirik açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 – dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə müraciəti oxunulub.Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən – “31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və cəmiyyətin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışmış, xalqımıza yeni ildə uğurlar arzulayıblar.xeber100.com

Dekabr 31, 2018 14:46

Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildikdən sonra yeni təşkilatın sədri Vaqif Həsənov bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir. Avropa və Asiyanın kəsişməsində yerləşən, Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Rumıniyada isə Böyük Birliyin yaradılmasından 100 il ötür.Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin tarixi ilə bağlı qısa film nümayiş olunub.V.Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin daha da gücləndirilməsinə töhfə verməkdir. Birlik Rumıniyanın dövlət və hökumət orqanları ilə, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.Birliyin digər həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik çıxış edərək onun məqsədləri, həyata keçirəcəyi layihələr barədə məlumat veriblər.Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da irəli aparmasına töhfə verəcəyini söyləyib, bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, ona fəaliyyətində uğurlar arzulayıb. O, yeni təşkilatın Rumıniyada yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku çıxışlarında təmsil etdikləri ali təhsil ocaqları ilə təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar da təmsil etdiyi təşkilat barədə danışıb.xeber100.com

İyul 17, 2018 17:02

Diasporla İş üzrə Dövlət Komitəsi 16-cı ildönümünü qeyd edib

İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.Azərtac xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.xeber100.com

İyul 5, 2018 14:02

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə…

Azərbaycanın Kiyev şəhərindəki səfirliyinin qarşısında yerləşən Heydər Əliyev adına parkda bu şəhərdə yaşayan soydaşlarımızın həmrəylik aksiyası keçirilib.Azərtac xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada Ukraynada yaşayan 100-ə yaxın soydaşımız iştirak edib.Aksiyada çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız anti-Azərbaycan qrupların bu cür məkrli əməllərini pisləyiblər.Çıxışçılar Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.xeber100.com

Aprel 9, 2018 14:49

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır.AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətinin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idarəetmə mexanizminin yaradılması məqsədinə xidmət edir.İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsini zərurətə çevirib. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatlarının daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranıb. Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Avropa ölkələrində daha geniş miqyasda qeyd olunması, dövlətçilik tariximizin və siyasi irsimizin tanıdılması, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün AAK daha çevik struktura malik olmalı, üzv təşkilatlar arasında əlaqələndirmə işi gücləndirilməlidir.Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır.xeber100.com

Yanvar 24, 2018 15:50

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə iyulun 7-də Vaşinqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.Bu gün, həmçinin Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.xeber100.com

İyul 7, 2017 14:10

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə…

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah 16:00-dan 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan faciə hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş verən son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu aksiyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq.Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.xeber100.com

İyul 7, 2017 14:07