“Fənərbağça” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edir

22 İyul 2020 18:58

Xəbər 197 dəfə oxunub

Türkiyənin “Fənərbağça” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edir.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”un futbolçusu Mərt Hakan Yandaşla yaxın günlərdə müqavilə imzalayacaq. Bunu Sivas komandasının baş məşqçisi Rza Çalımbay yerli mətbuata açıqlamasında deyib. O, yarımmüdafiəçinin “Fənərbağça” ilə razılaşdığını bildirib.Qeyd edək ki, 25 yaşlı futbolçu başa çatan mövsümdə Superliqada 31 oyunda iştirak edib və 6 qol vurub.xeber100.com