“Fənərbağça” futbol klubu yeni transfer etmək istəyir

16 May 2020 21:42

Xəbər 36 dəfə oxunub

İstanbulun “Fənərbağça” klubu İtaliya “A” Seriyasında çıxış edən Kvadvo Asamoanı transfer etmək istəyir.Azərtac xəbər verir ki, İtaliyanın “İnter” komandasında oynayan qanalı futbolçunun meneceri Asamoanın da Türkiyəyə gəlmək istədiyini söyləyib. Otuz bir yaşlı yarımmüdafiəçi ilə bundan əvvəl Almaniyanın “Hoffenhaym” klubu da maraqlanıb. Bundesliqa təmsilçisi danışıqları dayandırdıqdan sonra İstanbul klubu keçid üçün futbolçuya ödəyə biləcəyi məbləği də açıqlayıb. Asamoaya hələlik birillik müqavilə və 3 milyon avro maaş təklif edilib. Lakin tərəflərin yekun qərarı haqda məlumat verilmir.Qeyd edək ki, K.Asamoa karyerası ərzində “Udineze”, “Yuventus” və “İnter”də oynayıb. O, artıq 12 ildir ki, Qana millisində də çıxış edir.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24