F.Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib

9 Fevral 2016 15:00

Xəbər 387 dəfə oxunub

ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində  Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.

Bəstəkarlar İttifaqından verilən məlumata görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.  Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.

500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.

 

 

Milli Dram Teatrında ikihissəli komediya-tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa nümayiş olunub.Azərtac xəbər verir ki, tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev və başqaları canlandırıb.Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.xeber100.com

Oktyabr 14, 2019 09:20

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.Azərtac xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı olduqca zəngindir.VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “Beynəlxalq əməkdaşlıq zalı”nın açılışı, Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərindən (30 əlyazma) ibarət sərgisinin açılışı, TÜRKSOY Beynəlxalq Təşkilatı ilə birlikdə Başqırdıstanın xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində İmaddədin Nəsiminin 650 illiyi münasibətilə Türkiyədə çap olunmuş “Nesimi “İrak Divanı” kitabının təqdimatı, Jest dili ilə mp4 formatda tərcümə edilərək nəşr olunmuş 10 adda elektron kitabın və “Bərpanəşr” layihəsi çərçivəsində Brayl əlifbası ilə nəşr olunmuş 11 adda kitabın təqdimatı, eləcə də bu qəbildən olan onlarla tədbirin keçirilməsi nəzərdə tutulur.xeber100.com

Sentyabr 26, 2019 13:27

Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq

Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 28-də böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.Milli Xalça Muzeyinin təşkilatçılığı ilə II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutacaq sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Xalq rəssamı Eldar Mikayılzadə çıxış edəcək.Azərbaycan Milli Xalça Muzeyindən Azərtac-a bildirilib ki, tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaqlar.Qeyd edək ki, müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələrdən 35 nəfər qatılıb və onlar ümumilikdə 51 xalça eskizi təqdim ediblər. I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə Azərbaycan Milli Xalça Muzeyinin “facebook” səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz arasından seçilib.Sərgidə qaliblərin eskizləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu üç xalça tədbir iştirakçılarının önündə kəsiləcək və adət-ənənəyə uyğun, şirniyyat süfrəsi ilə təqdim olunacaq. Eyni zamanda, Xalq rəssamı Eldar Mikayılzadənin yubiley münasibətilə yaratdığı “Nəsimi” xalçası və müsabiqəyə təqdim edilmiş bütün eskizlər sərgilənəcək.xeber100.com

Sentyabr 25, 2019 13:43