Fevralın 19-21-də şahmat üzrə dünya çempionatı keçiriləcək

16 Fevral 2021 16:50

Xəbər 56 dəfə oxunub

Fevralın 19-21-də onlayn formatda birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.FIDE-nin prezidenti Aleksandr Dvorkoviç turnirdə iştirak etmək üçün 350-ə yaxın komandanın müraciət etdiyini, onların tələb olunan meyarlara uyğunluğu yoxlanıldıqdan sonra dünyanın ən böyük şirkətləri də daxil olmaqla 282 komandanın yarışa buraxıldığını bildirib.Qeyd edək ki, yarışda Azərbaycan şahmatçıları da təmsil olunacaqlar. Belə ki, “SOCAR”ın əsas komandası “SOCAR” və ikinci komandası “SOCAR AQS” dünya çempionatında mübarizə aparacaq.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb

Bu gün futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubu səkkizdəbir finalda Ukraynanın “Dinamo Kiyev” komandasının rəqibi olub. Mərhələnin ən maraq doğuran oyunu isə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında olacaq.Püşkatmaya görə cütlüklər aşağıdakı kimi olacaq: “Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) “Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya) “Roma” (İtaliya) – “Şaxtyor Donetsk” (Ukrayna) “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) “Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) “Slaviya Praqa” (Çexiya) – “Reyncers” (Şotlandiya) “Qranada” (İspaniya) – “Molde” (Norveç) Səkkizdəbir finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da start götürəcək. Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.xeber100.com

Fevral 26, 2021 15:00

Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hazırlıq səviyyəsini yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşqə qatılacağı gözlənilir.Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Boksçularımız Türkiyəyə fevralın 26-da yola düşəcək və martın 21-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.xeber100.com

Fevral 26, 2021 14:58

UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-cı dəqiqədə Ferlan Mendi olub.Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırılıb.Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 25, 2021 10:32