FIDE Qran-Prisinin üçüncü mərhələsi çərçivəsində

7 Noyabr 2019 13:17

Xəbər 29 dəfə oxunub

Hamburqda keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsi çərçivəsində şahmatçılar səkkizdəbir finalda mübarizə aparıblar. Şahmatçılardan fransalı Maksim Vaşe-Laqrav, bolqarıstanlı Veselin Topalov, rusiyalı Pyotr Svidler, Polşa təmsilçisi Yan-Kriştof Duda rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.Azərtac xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbovun rusiyalı Daniel Dubovla iki qarşılaşması da heç-heçə başa çatdığından idmançılar tay-brekdə görüşəcəklər. Turnirdə rusiyalı idmançılar Aleksandr Qrişuk polşalı Radoslav Voytaşek, Nikita Vityuqov çexiyalı David Navara, Dmitri Yakovenko çinli Yu Yanqi ilə tay-brekdə qarşılaşacaqlar.FIDE Qran-Prisi dörd mərhələdən ibarətdir. Yarışın əvvəlki mərhələləri Riqa və Moskvada keçirilib.Dekabrın 10-dan 24-dək Təl-Əvivdə Qran-Pri turnirinin dördüncü mərhələsi təşkil olunacaq.Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42