“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatı

13 Mart 2020 15:28

Xəbər 47 dəfə oxunub

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib.Azərtac “Fitch Ratings” istinadla xəbər verir ki, agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini “BB+” səviyyəsində təsdiq edib.Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.xeber100.com

Bibiheybət istiqamətində tikinti-bərpa işləri davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işlərini davam etdirir.AAYDA-dan Azərtac-a bildirilib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Sözügedən layihəyə uyğun olaraq, yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar bir metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1,5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.Bundan başqa, ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb. Tikinti-bərpa işlərinin növbəti, sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür.Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısamüddətli məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub. Qeyd olunan işlərlə yanaşı, yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülür.Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.xeber100.com

Mart 30, 2020 19:51

“Azəriqaz” İstehsalat Birliyi işləmək imkanlarını səfərbər edir

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəlikdən vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. “Azəriqaz” İstehsalat Birliyi də Hökumətin tələb və tövsiyələrini nəzərə alaraq bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, qurumun strukturuna daxil olan bütün təşkilatların rəhbərləri və onların müavinləri, növbəli iş rejimi və ya iş qrafiki ilə işləyən işçilər növbədənkənar məzuniyyətə göndərilməyəcək. Lakin yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Bundan başqa məzuniyyət siyahısı tərtib edilərkən işə çıxarılması zəruri hesab edilməyən digər şəxslər, yəni evdən çalışması mümkün olan və ofisə gəlmədən də evdən işləyə bilən işçilərə üstünlük verilib. Yəni qurum sabahdan etibarən, daha az işçi qüvvəsi ilə maksimum işləmək imkanlarını səfərbər edir.Bu qərar təkcə ştat cədvəli ilə çalışanlara deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da (başqa sözlə sosial yardım alan fərdi sahibkarlar) şamil olunur.xeber100.com

Mart 28, 2020 23:13

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı əsasında…

Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 20-dək məhdudlaşdırılacaq. Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildiriblər ki, bu müddət ərzində qurum da qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq.Sabahdan etibarən dörd gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Buraya yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir. Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı dörd gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq.Martın 15-dən 20-dək bölgələrdə yerləşən “ASAN xidmət” mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi “Azəriqaz” İstehsalat Birliyinin və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da təşkil ediləcək. Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional Qaz İstismar idarələri, Bakı Regional Qaz İstismar Departamenti və Sumqayıt Qaz İstismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.xeber100.com

Mart 15, 2020 15:15