Formula 1 “Toro Rosso” komandasının adının dəyişdirilməsi təsdiq edilib

30 Noyabr 2019 19:54

Xəbər 113 dəfə oxunub

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 “Toro Rosso” komandasının adının dəyişdirilməsini rəsmən təsdiq edib.Azərtac çempionatın rəsmi saytına istinadla xəbər verir ki, 2020-ci il mövsümünün ilkin müraciət siyahısında İtaliya komandası “Red Bull”a məxsus olan brend moda geyimi brendinin – “Alfa Tauri”nin adını daşıyacaq.Komandanın indiki adı “Toro Rosso”nu (italyanca “Red Bull”) komanda 2006-cı ildə alıb. Həmin vaxt enerji içkilərinin istehsalçısı “Minardi” adlanıb.Növbəti mövsümdə “Alfa Tauri” komandasının tərkibində rusiyalı Daniil Kvyat və fransız Pyer Qasli çıxış edəcəklər. Builki mövsümün başa çatmasına bir mərhələ qalmış “Toro Rosso” Konstruktorlar Kubokunda altıncı yeri tutur və beş güclü komanda sırasına düşmək üçün “Renault” ilə mübarizə aparır. 2019-cu il mövsümündə Kvyat və Qasli komandanın tarixində ilk dəfə olaraq birdən-birə iki podium əldə ediblər. Daniil Almaniyada üçüncü, Pyer isə Braziliyada ikinci yeri tutublar.xeber100.com

Azərbaycan Gimnastika Federasiyasının məlumatı

Milli Gimnastika Arenası dekabrda daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış “COVID-19” pandemiyası ilə əlaqədar bu yarış da təxirə salınıb. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirib. Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında Avropa Gimnastikası yarışın Bakıda keçirilməsi barədə qərar qəbul edib.Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çempionatların yeni tarixi ilə bağlı qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib :“Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəli hesab olunmazsa biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır”.Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı dekabrın 9-13-də keçiriləcək.xeber100.com

İyun 29, 2020 11:19