Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb

14 May 2020 09:25

Xəbər 32 dəfə oxunub

Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.Azərtac “autosport.com” saytına istinadla xəbər verir ki, ilkin təqvimə əsasən, iki ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriyada ikinci yarış iyulun 11-12-də keçiriləcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Abu-Dabi mərhələləri ilə yekun vurulacaq.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24