France Press agentliyinin məlumatı əsasında…

4 İyul 2021 14:12

Xəbər 141 dəfə oxunub

Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 29 nəfərə yüksəlib, 50 nəfər isə xəsarət alıb.Azərtac xəbər verir ki, bu barədə France Press agentliyi Filippin rəsmilərinə istinadla məlumat yayıb. Onların sözlərinə görə təyyarənin göyərtəsindəki daha 17 nəfərin taleyi məlum deyil.İlkin məlumata görə, təyyarənin göyərtəsində 8 ekipaj üzvü də daxil olmaqla 92 nəfər olub.Xatırladaq ki, “C-130” hərbi təyyarəsi bu gün səhər saatlarında Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən qəzaya uğrayıb.xeber100.com