Fransa Futbol Federasiyası ölkə çempionatını təxirə salıb

13 Mart 2020 14:56

Xəbər 35 dəfə oxunub

Fransa Futbol Federasiyası ölkə çempionatını koronavirus pandemiyasına görə müvəqqəti təxirə salıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə federasiya prezidenti Noel Le Qre məlumat verib.“Prezident Emmanuel Makronun sözləri bizi bütün futbol turnirlərini dayandırmağa və sağlamlıq böhranı ilə mübarizəyə yönəltməyə təşviq edir. Bununla əlaqədar olaraq təşkilatımızın himayəsi altında keçirilən həvəskarlar da daxil olmaqla, bütün milli futbol turnirlərinin müvəqqəti olaraq dayandırırıq”, – deyə federasiya prezidenti bildirib.xeber100.com