Fransada bələdiyyə seçkilərinin birinici turu keçiriləcək

15 Sentyabr 2019 13:08

Xəbər 70 dəfə oxunub

Fransada 2020-ci ilin mart ayında bələdiyyə seçkilərinin birinici turu keçiriləcək. Seçki ilə bağlı İfop-Fudicial şirkətinin keçirdiyi sosial sorğunun nəticələrinə görə, Parisin hazırkı meri Ann Hidalqo birinci yerdədir.Azərtac xəbər verir ki, “İrəli, Respublika” siyasi partiyasının namizədi Benjamin Qrivo (17%) ilə həmin partiyadan olan Sedrik Villani (15%) 2-ci və 3-cü yerləri bölüşürlər. Respublikaçılar Partiyasının namizədi Raşida Dati 14 faiz səslə dördüncü yerdədir.Qeyd edək ki, Paris şəhərinin meri vəzifəsinə seçilmək üçün 12 nəfər namizədliyini irəli sürüb.xeber100.com

“Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək

dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Azərtac xəbər verir ki, ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.xeber100.com

Dekabr 8, 2019 14:51