Futbol üzrə Argentina-Çili qarşılaşması başa çatıb

7 İyul 2019 09:34

Xəbər 62 dəfə oxunub

Futbol üzrə Amerika kuboku turnirində üçüncü yer uğrunda Argentina-Çili qarşılaşması başa çatıb.Azərtac xəbər verir ki, gərgin epizodlarla zəngin olan oyunda Argentina yığması rəqibini 2:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub. Argentina komandasının qollarını Aquero (12-ci dəqiqə) və Dibala (22-ci dəqiqə), Çili yığmasının cavab topunu isə penaltidən Vidal (59-cu dəqiqə) vurublar.Oyunun 37-ci dəqiqəsində argentinalı ulduz futbolçu Lionel Messi karyerası ərzində ikinci dəfə qırmızı vərəqə alaraq meydançadan qovulub. Ümumilikdə hakim oyun ərzində futbolçulara 2 qırmızı və 6 sarı kart göstərib.Xatırladaq ki, Amerika kubokunun bu gün keçiriləcək finalında Braziliya və Peru komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09