Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində

6 Noyabr 2019 11:31

Xəbər 45 dəfə oxunub

Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində noyabrın 19-da Anton Malatinskiy stadionunda Azərbaycan millisini qəbul edəcək Slovakiya yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə qapıçılar – Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreyf (“Slovan”), müdafiəçilər – Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Milan Şkrinyar (“İnter”, İtaliya), Denis Vavro (“Latsio”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hançko (“Sparta”, Çexiya), yarımmüdafiəçılər – Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Andrey Duda (“Herta”, Almaniya), Laslo Benes (“Borussiya” M, Almaniya), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa), hücumçular – Samuel Mraz (“Brondbü”, Danimarka), Mixal Duriş (“Anortosis”, Kipr) və Robert Bojenik (“Jilina”) dəvət olunublar.Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42