Futbol üzrə Avropa çempionatının rəsmi topunun adı açıqlanıb

7 Noyabr 2019 13:15

Xəbər 29 dəfə oxunub

“Adidas” firması 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi topunun adını açıqlayıb.Azərtac xəbər verir ki, çempionatın topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin əsasında “Uniforia” adlandırılıb.Avropa çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək “Avro 2020”nin final mərhələsinin matçları qitənin 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.“Rəsmi topun tərtibatı zamanı biz həmişə mədəniyyəti – stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçə ruhunu əks etdirməyə çalışırıq”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Kenno bildirib. O deyib ki, hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq “Avro 2020” bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42