Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu yekunlaşıb

29 Sentyabr 2019 21:20

Xəbər 93 dəfə oxunub

Sentyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tur yekunlaşıb.Azərtac xəbər verir ki, turun sonuncu görüşündə “Keşlə” öz meydanında “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib (2:0).İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə “Keşlə” iki baxımlı qola imza atıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Ruslan Qurbanov qapının uzaq küncünə qarşısıalınmaz zərbə endirib. Oyunun 64-cü dəqiqəsində isə Lorenso Frutos cinah ötürməsindən sonra topu qapıya keçirib.Bununla da “Keşlə” xallarını 10-a çatdıraraq 3-cü pilləyə yüksəlib. “Zirə” isə 7 xalla 5-ci pillədə qalıb.Qeyd edək ki, turun ilk üç matçında “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib (2:0), “Qəbələ” doğma meydanda “Neftçi”yə 3 cavabsız qolla uduzub. “Sabah” isə “Səbail”dən üstün olub (2:0).Altı turdan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 10 xalları olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (8), “Zirə” (7), “Sumqayıt” (6), “Sabah” (5) və “Qəbələ” (4) yer alıb.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24