Futbol üzrə İngiltərə Premyer Liqasının səkkizinci turunda

5 Oktyabr 2019 20:44

Xəbər 38 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun beş oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Liverpul” öz meydanında “Lester Siti” klubuna 2:1 hesabı ilə qalib gəlib.Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. “Lester Siti” 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.Xatırladaq ki, Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. “Lester Siti” isə 14 xalla üçüncü yeri tutur.“Liverpul” klubunun çempionluq uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti” oktyabrın 6-da öz meydanında “Volverhemton” komandasını qəbul edəcək.Turun ən gözlənilməz nəticəsi “Amerikan Express” stadionunda qeydə alınıb. Həmin oyunda Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Brayton” klubuna böyük hesabla uduzub – 0:3.Digər üç oyunu belə nəticələnib:

“Börnli” – “Everton” – 1:0,

“Norviç Siti” – “Aston Villa” – 1:5,

“Vatford” – “Şeffild Yunayted” – 0:0.

Hazırda “Vesthem Yunayted”-“Kristal palas” qarşılaşması oynanılır.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42