Futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda

28 Oktyabr 2019 13:07

Xəbər 44 dəfə oxunub

Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib – 2:2.Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09