Futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda

22 Oktyabr 2019 10:25

Xəbər 39 dəfə oxunub

Oktyabr 21-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda “Yeni Malatyaspor” səfərdə “Konyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, “Konya Böyük Şəhər” stadionunda baş tutan görüş hər iki tərəfin maraqlı oyunu ilə yadda qalıb. Qarşılaşmanın 1-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Sərkan Kırıntılı qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi 3 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Güilherme komandasını hesabda irəli keçirib. Birinci hissə elə bu hesabla bitib. Malatya təmsilçisi bir daha matçın 52-ci dəqiqəsində fərqlənib. Robin Yalçın oyunda son nöqtəni qoyub.Beləliklə “Yeni Malatyaspor” səfərdə “Konyaspor”u 0:2 hesabı ilə məğlub edib.VIII turun son oyunundan sonra turnir cədvəlində “Alanyaspor” 17 xalla liderdir. “Trabzonspor” çempionatda 15 xalla ikinci, “Fənərbağça” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09