Futbol üzrə XV turun oyunlarının hakimləri müəyyənləşib

29 Yanvar 2019 11:23

Xəbər 163 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyunlarının hakimləri müəyyənləşib.Peşəkar Futbol Liqasından Azərtac-a bildiriblər ki, fevralın 2-də Zirə İdman Kompleksində oynanılacaq “Zirə”–“Sabah” qarşılaşmasını Rauf Cabbarov idarə edəcək.Həmin gün saat 19:00-da “ASK Arena”da keçiriləcək “Keşlə”–“Səbail” görüşünün baş hakimi Rəhim Həsənov olacaq.Fevralın 3-də Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ” – “Sumqayıt” matçına əsas referi Əliyar Ağayev təyin edilib.Turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək sonuncu və mərkəzi qarşılaşmasında – “Qarabağ”-“Neftçi” görüşündə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.XV turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, on beş turdan sonra turnir cədvəlinə 33 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 30 xalla ikinci, aktivində 19 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Qəbələ” (17), “Sabah” (17), “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (11) qərarlaşıblar.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20