Futbol üzrə yoldaşlıq oyunları ləğv olunub

12 Mart 2020 14:11

Xəbər 33 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin Malta və Lixtenşteyn yığma komandaları ilə yoldaşlıq oyunları ləğv olunub.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, milli komandamızın martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı da ləğv edilib.Bu qərar son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Maltanın bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət edilən futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə qəbul olunub.Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn Futbol federasiyalarına müvafiq qaydada məlumat verilib.Qeyd edək ki, millimiz Maltada hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, dörd gün sonra isə Malta ilə yoldaşlıq oyunu keçirəcəkdi.xeber100.com