Futbolçular arasında “Bahar turniri” keçiriləcək

4 May 2022 14:52

Xəbər 34 dəfə oxunub

Mayın 7-8-də AFFA-nın təşkilatçılığı ilə Bakıda 12 yaşlı qız futbolçular arasında “Bahar turniri” keçiriləcək.”Rəvan” futbol klubunun bazasında təşkil olunacaq turnirdə 7 komanda mübarizə aparacaq.Turnirin ilk günü qrup oyunları (A və B qrupu), növbəti gün isə final mərhələsinin matçları keçiriləcək. Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011-ci və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.Qeyd edək ki, layihənin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır. Növbəti aylarda daha 2 regionda (Şimal-Qərb və Qərb) bu layihənin həyata keçirilməsi planlaşdırılır.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02