Gəncə şəhərində tibbi maska istehsalına başlanılıb

14 Aprel 2020 18:37

Xəbər 926 dəfə oxunub

Gəncədə tibbi maska istehsalına başlanılıb.Şəhər icra hakimiyyətindən Azərtac-ın bölgə müxbirinə bildirilib ki, istehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Milli Məclisin deputatı P.Kərimzadə “Qızıl Əllər” MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar.“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Z.Ağayeva bildirib ki, əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-yə yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanılır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.Niyazi Bayramov öz köməyini əsirgəməyərək istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz önündədir. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır.xeber100.com

Ümumdünya Səhiyyə Təşkilatı vaksinləşdirmə planı təklif edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus COVID-19-a qarşı vaksinin yaradılması və istehsalı məsələsində əvvəl yol verilmiş səhvləri bir daha təkrar etməməyə, bu problemin həllinə təcridçilik mövqeyindən yanaşmadan imtina etməyə çağırıb.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Gebreyesus vaksinləşdirmənin iki mərhələdən ibarət qlobal planını təklif edib. ÜST-nin əsas şirkət və qruplarla hər həftə keçirdiyi görüşlər sayəsində Ümumdünya Ərzaq Proqramının əməkdaşları ilə əməkdaşlıq şəraitində tibbi təyinatlı yüklərin çatdırılması, saxlanması və daşınması üçün doqquz paylaşdırma mərkəzi yaradılıb. Beləliklə, tibbi materialların, o cümlədən COVID-19-a qarşı mübarizə üçün qoruyucu vasitələrin fasiləsiz təchizatını təmin etmək mümkün olub. ÜST-nin bu layihələrinin həyata keçirilməsində ona UNICEF, habelə özəl təşkilatlar, o cümlədən Bill və Melinda Geyts Fondu kömək edib.ÜST rəhbəri xatırladıb ki, məhz dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlıq sayəsində fərdi müdafiə vasitələri və diaqnostika dəstləri istehsalı artırılıb, bu da öz növbəsində həmin mallara tələbatın ədalətli şəkildə təmin edilməsinə imkan verib. Hazırda ÜST hökumətlər və özəl sektor ilə əməkdaşlıq şəraitində elmi tədqiqatları fəallaşdırmaq və innovasiyaların üstünlüklərindən hər kəsin istifadə edə bilməsinə təminat vermək üzərində iş aparır. Məsələn, COVID-19-a qarşı təsirli vaksin yaradılan kimi ÜST-nin strateji məşvərət qrupu həmin vaksinin tətbiq edilməsi ilə bağlı tövsiyələr verəcək.Qlobal proqramın ikinci mərhələsində təhdidlərin miqyası və əhalinin daha həssas təbəqələri nəzərə alınacaq. İlk növbədə həkimlər və sosial işçilər, həmçinin xroniki xəstəlikləri olan ahıl adamlardan söhbət gedir.Doktor Tedros bu qlobal proqramı orkestr ilə müqayisə edib: musiqinin yaxşı səslənməsi üçün bütün musiqiçilər bir-biri ilə həmahəng ifa etməlidirlər. ÜST-nin rəhbəri xəbərdarlıq edib: “İndi bütün dünya bir və ya iki aləti gərgin vəziyyətdə dinləyir, lakin bu kifayət deyil. Biz birlikdə “orkestr” şəklində elmi inkişaf etdirəcək, problemin həlli yollarını axtaracağıq. Biz ürəkdən inanırıq ki, əlbir işləyəndə ən yaxşı nəticəyə nail olacağıq”.xeber100.com

Avqust 19, 2020 13:56