Gözlənilən leysan və daşqınlarla əlaqədar xəbərdarlıq

11 İyun 2020 10:10

Xəbər 877 dəfə oxunub

Çinin bir neçə vilayətində leysan, daşqın və sel təhlükəsi ilə əlaqədar əhali növbəti dəfə xəbərdar edilib.Azərtac xəbər verir ki, Çinin Milli Meteorologiya Departamenti Hubey, Hunan, Ciansi, Cıcian, Fucien, Quycou və Heyloncian vilayətlərində, Çunçin şəhərində və Quansi Cuan muxtar bölgəsində şiddətli yağışların iyunun 11-də də davam edəcəyini proqnozlaşdırıb. Həmin bölgələrdə sel və daşqınların olacağı güman edilir. Səlahiyyətli qurumlara vəziyyətə hazır olmaq göstərişi verilib.Qeyd edək ki, Çinin mərkəzi, cənub və şərq bölgələrində iyunun ilk günlərindən güclü yağışlar müşahidə olunur. Yağıntı bəzi yerlərdə sel, daşqın, torpaq sürüşməsi və palçıq axını əmələ gətirib. Binalara, yollara, kommunikasiya xətlərinə ziyan dəyib, əkin sahələrini su basıb. Təbii fəlakət nəticəsində 20-dən çox sakin ölüb və ya itkin düşüb. Ümumilikdə, 2 milyon 630 min nəfər təbii fəlakətdən zərər görüb.xeber100.com

Çinin “Huawei” şirkətinə qadağa qoyulub

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında iştirakını rəsmən qadağan edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qəbul edilmiş qərara görə, hazırda quraşdırılmış “Huawei” şəbəkə avadanlığı “5G” şəbəkəsindən çıxarılacaq, rabitə operatorlarına isə 2021-ci ilin yanvarından etibarən Çin istehsalçısından yeni “5G” telekommunikasiya avadanlığının alışı qadağan ediləcək.Bildirilir ki, Britaniya operatorlarına “5G” infrastrukturundan avadanlığın ləğv edilməsinə 7 il möhlət verilib. Avadanlığın demontaj və dəyişdirilməsinin təxmini dəyəri 2 milyard funt sterlinq təşkil edir.Qərar Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Huawei” şirkətinin Britaniya milli infrastrukturunda rolu haqqında yeni hesabat dərc edildikdən sonra qəbul olunub. Qəbul edilmiş qərar hökumətin yanvarda bəyan edilən mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, o zaman “Huawei” avadanlığından Britaniyanın “5G” infrastrukturunda bir sıra məhdudiyyətlərlə istifadəsinə icazə verilib.Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden qərarın ölkədə “5G” şəbəkəsinin qurulmasını yubadacağı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bundan başqa, hökumət rabitə operatorlarına genişzolaqlı internet üçün “Huawei” avadanlığının alışından imtina etməyi tövsiyə edib.xeber100.com

İyul 15, 2020 23:40

“5G” tezliyinin istifadəsi ilə bağlı hərrac keçiriləcək

Qonşu ölkələrlə müqayisədə Fransanın iqtisadi cəlbediciliyinə “5G”nin yerləşdirilməsi məsələsində bəzi yeni ekologiya tərəfdarları olan merlər bu texnologiyaya moratorium tətbiq edilməsinə çağırışlar edirlər. Bu merlər sonuncu nəsil mobil telefonun xüsusilə sağlamlığa və ətraf mühitə təsirinə dair potensial təhlükələr olmasını bildirirlər.Azərtac xəbər verir ki, bu barədə mobil telefon operatoru “Free”nin baş direktoru yerli mətbuata bildirib. O, “5G” texnologiyasının sağlamlığa, eləcə də ətraf mühitə zərərli olmasına dair dəlilləri təkzib edib.Deyib ki, “5G”nin sağlamlığa və ətraf mühitə heç bir mənfi təsiri yoxdur. Əksinə, “5G” texnologiyası daha az enerji sərf edir.Vurğulayıb ki, “5G” daha sürətli mobil yükləmə və gecikmə hallarının əhəmiyyətli dərəcədə azalmasını vəd edir. Maraqlı operatorlara “5G” tezliyinin verilməsi ilə bağlı sentyabrın 20-dən 30-dək hərrac keçiriləcəyi diqqətə çatdırılıb. Fransada “5G”yə moratorium ideyası hökumət tərəfindən dəfələrlə rədd edildiyi bildirilib.Xatırladaq ki, COVID-19 pandemiyası başlayanda insanlar onun “5G “texnologiyasından yarandığını düşünərək Birləşmiş Krallıq, Niderland kimi bir neçə Avropa ölkəsində “5G” antenalarını yandırmışdılar.xeber100.com

İyul 9, 2020 20:21

COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək

Avstriyada koronavirus pandemiyasına qarşı uğurlu nəticələr əldə edildikdən və buna görə də məhdudiyyətlərin əksər qismi aradan qaldırıldıqdan sonra ölkədə yoluxma halları yenidən artmağa başlayıb.Azərtac xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober əhalini yoluxma hallarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək. Qış idman növlərinin sevildiyi Alp ölkəsinin sakinləri belə bir sistemi dağlarda qar uçqunları təhlükəsi ilə əlaqədar yaxşı tanıyırlar. Nazir qeyd edib ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu" həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər üzrə yoluxmanın vəziyyətini əks etdirəcək. Sentyabr ayınadək tam şəkildə tətbiqi başa çatmalı olan sistem əsasında əhali yoluxma təhlükəsinin harada daha yüksək olduğunu biləcək.R.Anşober payız aylarının pandemiyanın yenidən vüsət götürməsi ilə bağlı həssas dövr olduğunu qeyd edərək, həm işıqfor sisteminin, həm də digər preventiv addımların həmin dövrədək işlək vəziyyətə gətirilməli olduğunu ifadə edib. Hazırda işıqfor sistemi elmi əsaslar və meyarlarla koronavirus infeksiyasının yayılması vəziyyətinə uyğunlaşdırılır. İşıqforun rəngləri, eyni zamanda, rəsmi qurumlara hansı regionda məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməli və ya yüngülləşdirilməli olduğunda da kömək edəcək.xeber100.com

İyul 4, 2020 22:12

“Boeing” kompaniyası MCAS sertifikasiya çərçivəsində

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi və “Boeing” kompaniyası 737 MAX modelinin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sertifikasiya çərçivəsində uçuş sınaqlarını başa çatdırıb.Azərtac ABŞ-ın aviasiya tənzimləyicisinin saytına istinadla xəbər verir ki, bu həftə baş tutan üç günlük test zamanı qurumun pilotları və mühəndisləri “Boeing” kompaniyasının təyyarənin uçuşunun avtomatlaşdırılmış idarə sistemi ilə bağlı dəyişikliklərini sınaqdan keçirib.“Sınaq uçuşlarının həyata keçirilməsi əsas mərhələdir, lakin əldə edilən məlumatların qiymətləndirilməsi də daxil olmaqla, bir sıra mühüm məsələyə aydınlıq gətirilməlidir”, - deyə saytda yerləşdirilən bəyanatda bildirilir.Federal Mülki Aviasiya İdarəsinin sınaqların nəticələrini nə vaxt elan edəcəyi məlum deyil. “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə yalnız ekspertlərin laynerin sertifikasiya standartlarına cavab verdiyi barədə rəyindən sonra icazə veriləcək.Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.“Boeing” kompaniyası qəzaya uğramış hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf edib. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırıb.xeber100.com

İyul 2, 2020 13:25

Koronavirusun ikinci dalğasının başlanması elan edilib

Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.Azərtac xəbər verir ki, İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.xeber100.com

İyun 23, 2020 13:47