“Grand Chess Tour 2019” turnirinin növbəti oyunları keçiriləcək

8 Noyabr 2019 13:34

Xəbər 35 dəfə oxunub

Noyabrın 8-də Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında 7-9-cu turlarının oyunları keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçımız gün ərzində müvafiq olaraq hollandiyalı Aniş Giri, amerikalı Fabiano Karuana, rusiyalı Sergey Karyakin ilə qarşılaşacaq. Təmsilçimiz ötən altı turun birində məğlub olub, beşini heç-heçə ilə başa vurub. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla yeddinci pillədədir. Turnir cədvəlinə ukraynalı Anton Korobov 9 xalla lideridir.Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində baş tutacaq. Noyabrın 30-dan dekabrın 10-dək isə Londonda final seriyanın matçları təşkil ediləcək.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09