Güləş üzrə dünya çempionatı sona yaxınlaşır

21 Sentyabr 2019 16:24

Xəbər 46 dəfə oxunub

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Azərtac xəbər verir ki, səkkizinci yarış günündə – sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01