Güləş üzrə millilərimiz fevralın 8-də növbəti təlim-məşq toplanışına start verib

8 Fevral 2021 19:17

Xəbər 66 dəfə oxunub

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz fevralın 8-də növbəti təlim-məşq toplanışına start verib.Azərtac xəbər verir ki, hər iki yığmamız ölkə xaricində toplanış keçir. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində bir neçə ölkənin komandası iştirak edir. Hazırlıq prosesi fevralın 25-dək davam edəcək.Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edirlər. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb

Bu gün futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubu səkkizdəbir finalda Ukraynanın “Dinamo Kiyev” komandasının rəqibi olub. Mərhələnin ən maraq doğuran oyunu isə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında olacaq.Püşkatmaya görə cütlüklər aşağıdakı kimi olacaq: “Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) “Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya) “Roma” (İtaliya) – “Şaxtyor Donetsk” (Ukrayna) “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) “Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) “Slaviya Praqa” (Çexiya) – “Reyncers” (Şotlandiya) “Qranada” (İspaniya) – “Molde” (Norveç) Səkkizdəbir finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da start götürəcək. Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.xeber100.com

Fevral 26, 2021 15:00

Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hazırlıq səviyyəsini yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşqə qatılacağı gözlənilir.Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Boksçularımız Türkiyəyə fevralın 26-da yola düşəcək və martın 21-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.xeber100.com

Fevral 26, 2021 14:58

UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-cı dəqiqədə Ferlan Mendi olub.Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırılıb.Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 25, 2021 10:32

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib

Fevralın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutan görüşdə İspaniya çempionatının lideri “Atletiko Madrid” klubu öz meydanında Londonun “Çelsi” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Çelsi” minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 71-ci dəqiqədə Olivye Giru olub.Gecənin ən məhsuldar qarşılaşması İtaliyanın “Olimpiko” stadionunda qeydə alınıb. Turnirin son qalibi “Bavariya” səfərdə “Latsio” komandasının qonağı olub. Görüş Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. “Bavariya”nın heyətində Robert Levandovskiy, Camal Musiala, Leroy Sane, Françesko Açerbi (avtoqol) fərqləniblər. “Latsio”nun isə yeganə qoluna Xoakin Korrea imza atıb.Bu komandaların cavab görüşü martın 18-də keçiriləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” klubu İtaliyanın “Yuventus” komandasına 2:1, “Borussiya Dortmund” klubu isə “Sevilya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu fevralın 24-də keçiriləcək. “Real Madrid” İtaliyada “Atalanta”, “Mançester Siti” komandası isə Budapeştdə “Borussiya Mönhenqladbax” ilə qarşılaşacaq.xeber100.com

Fevral 24, 2021 11:36