Güləşçilər arasında dünya çempionatı davam edir

29 Oktyabr 2019 13:06

Xəbər 122 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq.Birincilik uğrunda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əsgər Məmmədəliyev (61 kq) ukraynalı Valentin Bliasetski, Murad Süleymanov (74 kq) Yaqor Akuliç (Belarus), Hacımurad Məhəmmədsəidov (86 kq) Almaniya təmsilçisi Yohannes Martin Deml, Şamil Zubairov (92 kq) isə bolqarıstanlı Bojidar Mateyev Todorov ilə qarşılaşacaq.Çempionatın birinci günündə sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) uğurla çıxış edərək finala yüksəliblər. Bu gün keçiriləcək həlledici qarşılaşmalarda T.Bayramov Yaponiya təmsilçisi Takuma Taniyama, A.Abakarov isə gürcü Tariel Qaprindaşvili ilə üz-üzə gələcək.xeber100.com