Gürcüstan parlamenti 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib

27 İyul 2021 13:52

Xəbər 138 dəfə oxunub

Gürcüstanda bu il 7,7 faiz iqtisadi artım proqnozlaşdırılır.Azərtac xəbər verir ki, Gürcüstan parlamenti bununla bağlı 2021-ci ilin dövlət büdcəsinə düzəlişlər edib.Parlamentin 85 deputatının səs verdiyi sənəddə iqtisadi artım 7,7 faiz səviyyəsində müəyyən olunub.Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze bildirib ki, planlaşdırılmış yüksək artım büdcə gəlirlərini artırmağa imkan verəcək.Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsinin əvvəlki redaksiyasında 2021-ci il üçün iqtisadi artım proqnozu 4,3 faiz olub.Beynəlxalq Valyuta Fondu Gürcüstan iqtisadiyyatında 7,7 faizlik artım proqnozundan sonra hökumət büdcəyə yenidən düzəlişlər edib.xeber100.com