Həndbol Federasiyasınn məlumatı əsasında…

24 Oktyabr 2019 14:49

Xəbər 50 dəfə oxunub

Qadın həndbolçuların Azərbaycan çempionatında üçüncü turun oyunları arxada qalıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, mövsümə inamla start verən “Qarabağ” uğurlu seriyanı davam etdirir. İlk turda “İdman Akademiyası” komandasına, ardınca çempion “Azəryol”a qalib gələn “Qarabağ” “Azərsu” ilə görüşdə də azarkeşlərini sevindirib.Gərgin idman mübarizəsi ilə yadda qalan oyun 29:27 hesabı ilə başa çatıb. Ardıcıl üçüncü qələbəsini qazanan “Qarabağ” turnir cədvəlində liderliyini davam etdirir.Günün digər qarşılaşmasından isə “Azəryol” qalib ayrılıb. “İdman Akademiyası” komandası çox çalışsa da, ölkə çempionunun böyük hesablı qələbəsinə mane ola bilməyib – 42:25.Dördüncü turun oyunları noyabrın 6-da keçiriləcək. Həmin gün “Azəryol” komandası “Azərsu”, “Qarabağ” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.Oktyabrın 26-da kişi həndbolçuların çempionatında 3-cü turun görüşləri olacaq. “ABU Arena”da keçiriləcək oyunlarda “Məhsul” komandası U-18 kollektivini sınağa çəkəcək. “Təhsil” isə “Bakı” ilə qarşılaşacaq.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09