Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

8 Oktyabr 2019 08:00

Xəbər 30 dəfə oxunub

Oktyabrın 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, budəfəki yarışlarda səkkiz komanda bacarığını nümayiş etdirəcək.Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” qələbə uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” komandası “İdman Akademiyası” ilə üz-üzə gələcək.Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil”- “Məhsul” və “Bakı” – “U-18” qarşılaşmalarını izləyə biləcəklər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq.Qeyd edək ki, Azərbaycan çempionatının oyunları “ABU Arena”da keçiriləcək.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01