Həqiqi hərbi xidmətə çağırış başlayıb

1 Oktyabr 2017 15:20

Xəbər 1049 dəfə oxunub

Oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.Azərtac xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 5-də Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.xeber100.com

Əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya parlamentinin nümayəndələr palatasının və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kentaro Sonoura ilə görüşüb.Azərtac xəbər verir ki, əvvəlcə G.İsmayılzadə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrin inkişafına böyük diqqət yetirildiyi barədə məlumat verib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərindən, iqtisadi sabitliyin qorunması üçün atılan vacib addımlardan danışıb, dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyatını və sağlamlığını prioritet elan etdiyini vurğulayıb.K.Sonoura öz növbəsində Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət barədə məlumat verib, koronavirusun ölkədə iqtisadiyyata və sosial həyata ciddi zərbə vurduğunu qeyd edib.G.İsmayılzadə iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı haqqında geniş məlumat verib. Bildirib ki, dövlət sərhədində Ermənistan tərəfindən bu cür hərbi təxribatlar mütəmadi şəkildə törədilir. Ermənistanın növbəti təxribatı nəticəsində hərbçilərimiz, o cümlədən yüksək rütbəli zabitlərimiz, mülki şəxslər həlak olub və ya yaralanıblar.Yaponiyalı parlamentari baş vermiş hadisələrə son dərəcə təəssüf ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, hər zaman olduğu kimi, indi də Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafına, əməkdaşlığın daha genişləndirilməsinə dəstək verməyə davam edəcəkdir.xeber100.com  

İyul 29, 2020 16:55

Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib

Ölkəmizin Latviyadakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması məsələləri müzakirə edilib.Düşmənin bu təxribatlarına qarşı nümayiş etdirilən yüksək vətənpərvərlik əzmi, soydaşlarımızın etiraz nümayişləri və avtomobil karvanından ibarət yürüşünə görə təşəkkür edən səfir ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında bütün qüvvələri səfərbər edilməsinin vacibliyini bildirib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri və bütün dünya azərbaycanlılarına müraciətlərini bir daha diqqətə çatdıran səfir həmvətənlərimizi xalqımızın və dövlətimizin mənafeyi naminə sıx birləşməyə çağırıb. O, səfirliyin diaspor təşkilatlarımızın bu istiqamətdəki fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.“Azəri” təşkilatının sədri Ulduzxan Əhmədov diasporumuzun daha mütəşəkkil təşkilatlanması və fəaliyyətinin əlaqələndirilməsinə dair təkliflərini səsləndirib.Azərbaycan diasporunun tanınmış nümayəndələri Rafiq Seyfullayev, Adıgözəl Məmmədov diaspor fəaliyyətinin təkmilləşdiriliməsi, bu xüsusda soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinin önəmindən danışıb, rəy və təkliflərini bildirib, bu sahədə lazımi dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıblar.Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvləri Elnur Rəhimov və Amil Səlimov Azərbaycan həqiqətlərinin Latviya və dünya ictimaiyyətinə çatdırılmasında istiqamətində həlli vacib olan bağlı təkliflər irəli sürüb.xeber100.com  

İyul 28, 2020 22:08

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Ermənistanın son hərbi təxribatı, dünya ölkələrində yaşayan azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı videokonfrans formatında müzakirələr keçirib.Bu barədə Azərtac-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Müzakirələrdə komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdini qətiyyətlə pisləyib. Bir sıra ölkələrdə Ermənistanın təxribatına etiraz edən azərbaycanlılara qarşı ermənilər tərəfindən edilən hücumların, bu cür vandalizm aktlarının söz azadlığı, azad toplaşma kimi fundamental insan haqlarının pozulmasına yönəlmiş addım olduğunu bildirib.Komitə üzvləri müzakirələrdə iyulun 21-də və 22-də erməni icmasının çoxsaylı üzvləri, erməni lobbisinin radikalları, daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaş və davamçıları tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlərimizə qarşı müxtəlif vandalizm aktları törədilməsinin erməni xislətinin bariz nümunəsi olduğunu bildiriblər.Yekunda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi vandalizm aktlarının baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarını bu məsələ ilə bağlı ciddi addımlar atmağa, təxribatçı ünsürlərin saxlanılması və məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görməyə, bu cür halların təkrar baş verməməsi və soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görməyə çağırıb.xeber100.com

İyul 25, 2020 19:16

Hərbi təxribatla bağlı Fransa Prezidentinə məktub ünvanlanıb

Fransızlar qisas müharibəsi elan etmədilər. Lakin 1870-ci ildə işğalçı tərəf təcavüz cinayətini yenidən başladıqdan sonra torpağın müdafiəsi məqsədilə və iki vilayətin geri alınması üçün müharibə millətin instinktiv məqsədi oldu. Bununla əlaqədar heç bir tərəddüd və ya şübhə ola bilməz. Bu, xalqın əsl və sadə bir təbii haqqını təşkil edirdi. Andre Tardyö “Sü lh” əsərində 1870-ci ildə Fransanın öz suverenliyini bərpa etmək üçün mübarizəyə qalxmasını əsaslandırmaq üçün belə yazmışdı.Bu gün Azərbaycan da Fransa kimi öz suverenliyi uğrunda təbii haqqını tələb edir.Azərtac xəbər verir ki, bu fikirlər Fransanın bir qrup parlamentarisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi son hərbi təxribatla bağlı Fransa Prezidenti Emmanuel Makrona ünvanladıqları məktubda yer alıb.Məktubda bildirilir ki, Ermənistan 30 ildir Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayır. Bir neçə gün əvvəl, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində qeyri-qanuni hərbi təxribata əl atıb.Diqqətə çatdırılır ki, transmilli neft kəmərinin keçdiyi mühüm strateji regionda ermənilərin törətdiyi hərbi təxribat nəticəsində 12 Azərbaycan hərbçisi həlak olub. Bu, beynəlxalq ictimaiyyətə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal edilməsini xatırladır.Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr və Ermənistanın bu qətnamələrə riayət etmədiyi vurğulanır.“Beynəlxalq ictimaiyyət, eləcə də Fransa Ermənistanın beynəlxalq hüquqa riayət etməsi üçün qəti mövqe tutaraq təcili hərəkət etməlidir. Vasitəçilərin süründürməçiliyinə son qoymağın vaxtı çatıb. İndi yalnız Azərbaycanın təmkinli olması sayəsində Qafqazda döyüşlərin alovlanmasının qarşısını almaq mümkün olub. Hərbi əməliyyatların yenidən başlaması seçim ola bilməz və olmamalıdır.Buna görə, cənab Prezident, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərinizə uyğun olaraq dərhal tədbir görməyinizi xahiş edirik”, - deyə parlamentarilər məktubda qeyd ediblər.Məktub Gi Briku, Jan-Pyer Door, Alən Uper, Jerom Lamber, Andre Rişar və Jan-Lük Retser tərəfindən imzalanıb.xeber100.com

İyul 25, 2020 19:13

BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil edilib

İyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) və İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada diasporumuzun üzvləri ilə yanaşı, türk cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.Tədbirdə İAKŞ-ın əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş və başqaları çıxış ediblər. Çıxışçılar sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağını, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər."Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın bu günə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT binası önündən bütün dünyaya bəyan edirik" - deyə Murat Şahin söyləyib.Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar.Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada "Azərbaycana ədalət!", "Dağlıq Qarabağ Azərbaycanındır!", "Ermənistanın işğalına son qoyulsun!" və sair şüarlar səsləndirilib.xeber100.com

İyul 20, 2020 16:56