Hərbçilərlə müxalifət arasında saziş imzalanıb

3 Avqust 2019 23:17

Xəbər 73 dəfə oxunub

Minlərlə sudanlı ölkədə hərbçilərlə müxalifət arasında hakimiyyət bölgüsünə dair sazişin imzalanmasını bayram etmək üçün paytaxt Xartumun küçələrinə çıxıb. Ölkədə sivil hökumətin tərəfdarları demokratiya şüarları səsləndirib, bu sahədə islahatlar keçirilməsini tələb ediblər. Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, paytaxt Xartumla yanaşı, ölkənin əyalətlərində də izdihamlı mitinqlər keçirilib.Sudanda keçid dövrünün Hərbi Şurası və Azadlıq və İslahatlar Şurası arasında bir neçə gündür davam edən danışıqlar avqustun 3-də keçid dövründə müvəqqəti hökumət yaradılmasına dair Konstitusiya Bəyannaməsinin imzalanması ilə başa çatıb. Tərəflər yeni Nazirlər Şurasının tabeliyində təhlükəsizlik orqanları və Çevik Dəstək Qüvvələri yaradılması barədə də razılıq əldə ediblər.Xatırladaq ki, bu ölkədə cari il aprelin 11-dən – otuz il ərzində Sudana rəhbərlik edən Prezident Ömər Bəşirin hərbçilər tərəfindən vəzifəsindən kənarlaşdırılmasından sonra iğtişaşlar başlayıb. Əhali hərbçilərdən ölkədə sivil hökumətin qurulmasını və azad seçkilərin keçirilməsini tələb edirdi.xeber100.com

BMT Baş Assambleyasının növbəti iclasında

BMT Baş Assambleyasının iclasında təşkilatın İnsan Haqları Şurasına 14 yeni üzv ölkənin seçilməsi üzrə səsvermə keçirilib. Namizədlər regional qruplar tərəfindən irəli sürülüb və bir-biri ilə rəqabət aparıblar.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, dünyada insan hüquqlarına əməl edilməsinə nəzarət edən Şurada Qərbi Avropa ölkələri üzrə bu funksiyanı Almaniya və Niderland yerinə yetirəcək. Afrika ölkələrindən isə Şuraya Liviya, Mavritaniya, Namibiya və Sudan seçilib. Asiya qitəsindən seçilən ölkələr İndoneziya, Yaponiya, Marşall adaları və Koreya Respublikasıdır. Latın Amerikası və Karib hövzəsi ölkələrini isə Braziliya və Venesuela təmsil edəcək. Hazırda Şərqi Avropanı Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Slovakiya və Ukrayna təmsil edirlər.BMT-nin İnsan Haqları Şurası 2005-ci ildə eyniadlı komissiyanın bazasında yaradılıb. Burada 47 ölkə təmsil olunur, onlardan 6-sı Şərqi Avropadan, 13-ü Asiya və Afrikadan, 8-i Latın Amerikası və Qərbi Avropa ölkələrindən, 7-si isə ABŞ, Kanada və İsraildən seçilir. Lakin Vaşinqton ötən ilin yayında Şuranın İsraili pisləyən qətnamə qəbul etməsindən sonra bu qurumda təmsil olunmaqdan imtina edib.Şuraya üzv ölkələr 3 il müddətinə seçilir və onların hər hansı biri insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğu təqdirdə Baş Assambleyanın üçdə iki çoxluğunun qərarı ilə üzvlük dayandırılır. Hazırda Şuranın tərkibində Suriya və Myanmada insan hüquqlarının pozulması ilə əlaqədar müvafiq komissiyalar fəaliyyət göstərir.xeber100.com

Oktyabr 18, 2019 14:22

“Huawei” telekommunikasiya korporasiyası yeni müqavilə imzalayıb

Çinin “Huawei” telekommunikasiya korporasiyasının carı ilin doqquz ayında satışlardan əldə etdiyi qazancı 24,4 faiz artaraq 610,8 milyard yuana (85,6 milyard dollar) çatıb.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə bəyanat kompaniyanın “WeChat” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.Məlumata əsasən, həmin dövr ərzində “Huawei” korporasiyasının xalis gəliri 8,7 faiz artıb. Kompaniya doqquz ay ərzində 185 milyon smartfon satıb ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 26 faiz çoxdur.Hazırda “Huawei” digər dövlətlərlə qlobal beşinci nəsil mobil əlaqə şəbəkəsinin genişləndirilməsi üzrə 60-dan çox müqavilə imzalayıb.Əsası 1987-ci ildə qoyulan “Huawei” korporasiyası telekommunikasiya avadanlıqlarının, həmçinin istehlak qurğularının, smartfonların istehsalı ilə məşğul olur. Kompaniyanın məhsulları və xidmətləri dünyanın 170-dən çox ölkəsində təklif edilir. ABŞ və Avstraliyanın texniki casusluq və məxfi informasiya toplamaq barədə ittihamlarından sonra kompaniya beynəlxalq iqtisadi sanksiyalar təhlükəsi ilə üzləşib.Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.xeber100.com

Oktyabr 16, 2019 14:16

İspaniyada təkrar ümummilli seçki kampaniyasına start veriləcək

Sentyabrın 23-də İspaniyada elan edilib ki, noyabrın 10-da keçiriləcək təkrar ümummilli seçkilərlə əlaqədar, noyabrın 1-də seçki kampaniyasına start veriləcək. Müvəqqəti hökumət, buraxılmış parlament, ali hakimiyyət təsisatlarının və dövlət orqanlarının fəaliyyətinin ləngiməsi – ölkə yaxın gələcəyə bu cür balansla qədəm qoyur.Azərtac xəbər verir ki, son dörd ildə dördüncü dəfə keçirilən ümummilli seçkilər ölkənin büdcəsinə yenidən ziyan vurub: bu seçkilərin keçirilməsi üçün xərclərin ümumi məbləği 730 milyon avroya bərabər olub. Seçkilər keçirilərkən əsas xərclər sırasına poçt şöbələrinin səslərin paylanması ilə bağlı təşviqat işi; bülletenlərin və zərflərin çap edilməsi; ölkənin bütün ərazisində dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarının yerləşdirilməsi ilə bağlı məsrəflər daxildir.Lakin bu qərarın qəbul edilməsinə əsas var, çünki siyasi kursu müəyyən edən sabit hökumətin mövcudluğu daxili (Kataloniya məsələsi) və xarici təhdidlərlə - Brexit, Almaniyada ressesiya və Aİ-də siyasi qeyri-sabitlik ilə üzləşmiş ölkə üçün prioritet məsələdir. Siyasi şərhçilərin fikrincə, məhz Böyük Britaniyanın Avropa İttifaqından çıxması prioritet məsələdir, çünki bu, Hibraltar məsələsinin həllinə təsir göstərə bilər.Təkrar seçkilər maliyyə xərcləri doğurmaqla bərabər, ölkədə çoxpartiyalılıq yarandığı vaxtdan çox həssas bir problemə çevrilmiş qanunvericilik irsinə də təsir göstərir, çünki ilk demokratik qanunverici orqanlarda iki partiya növbə ilə üstünlük əldə edirdi.xeber100.com

Sentyabr 25, 2019 14:00