Hərbi dəniz donanmalarının birgə hərbi təlimi başlayıb

27 Dekabr 2019 14:11

Xəbər 177 dəfə oxunub

Dekabrın 27-də Hind Okeanının şimal sularında İran, Çin və Rusiya hərbi dəniz donanmalarının birgə hərbi təlimi başlayıb.Azərtac xəbər verir ki, hər üç dövlətin iki ay müddətində apardıqları danışıqların nəticəsində birgə hərbi təlim keçirmək barədə razılıq əldə olunub. Təlimlərə döyüş gəmiləri ilə yanaşı, xüsusi təyinatlılar da cəlb edilib.Qeyd edək ki, bu təlimlər dünya mətbuatının gündəmindədir və bu da təsadüfi deyil. Dünya mətbuatı yazır ki, regionda baş verən ciddi siyasi proseslər dövlətlərin hərbi birliklər yaratmasına səbəb olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın Yaxın Şərqə təsirinin artması Rusiyanın və Çinin narahatlığına səbəb olub. Hər iki dövlətin Yaxın Şərq ilə yanaşı, Hind Okeanı akvatoriyasında da geosiyasi maraqları var. Bu maraqlara beynəlxalq ticarətə və nəqliyyat yollarına nəzarət etmək və bu kimi digər amillər daxildir. İran diplomatiyası bu məsələni nəzərdən qaçırmır və ABŞ ilə qarşıdurmada Rusiyanı və Çini birlikdə addım atmağın zəruriliyinə inandıra bilib.Bu gün sanksiyalardan əziyyət çəkən İran demək olar ki, ABŞ-a qarşı heç də təkbaşına deyil. İran-Rusiya və İran-Çin münasibətlərinin ABŞ-ın Yaxın Şərqə müdaxiləsindən sonra daha da yaxınlaşmasını göstərən fakt təkcə bu gün başlanan hərbi təlim deyil. Rusiyanın İranda Atom Elektrik Stansiyası tikməyə başlaması və rəsmi Moskvanın İrana 10 milyarddan çox investisiya yatıracağını bəyan etməsi Tehrana ciddi dəstək mesajıdır.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00