Hərbi sahədə əməkdaşlığa dair üçillik müqavilə imzalanacaq

18 Avqust 2019 08:19

Xəbər 185 dəfə oxunub

Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Yaxın günlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair üçillik müqavilə imzalanacaq.Azərtac xəbər verir ki, bu məlumatı Gürcüstanın Müdafiə naziri Levan İzoria ABŞ-ın ölkəyə yeni təyin olunmuş hərbi attaşesi Stefani Beqli ilə görüşündən sonra açıqlayıb.Nazirin sözlərinə görə, ABŞ regionda Gürcüstan ilə əməkdaşlığa böyük önəm verir. Görüşdə bu məsələ ciddi müzakirə olunub və yaxın günlərdə iki ölkə arasında hərbi əməkdaşlığa dair üçillik əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.xeber100.com

“Mainichi Shimbun” qəzetinin apardığı sorğunun nəticələrinə görə…

Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökumətinin reytinqi 27 faizə düşüb.Azərtac xəbər verir ki, bu barədə mayın 23-də “Mainichi Shimbun” qəzeti apardığı sorğunun nəticələrinə görə məlumat yayıb.Qeyd edilir ki, buna qədər mayın 6-da keçirilən sorğu zamanı hökumətin reytinqi 40 faiz təşkil edib.Son sorğunun nəticələrinə görə hökumətə inamsızlıq 45 faizdən 64 faizə qalxıb. Bunun əsas səbəbi kimi son günlər Tokionun baş prokuroru Hiroma Kurokava ətrafında qalxan qalmaqal göstərilir. Baş Nazir Ş.Abe ilə sıx münasibətlərə malik olduğu deyilən H.Kurokava milli prokurorluq sistemində ikinci şəxs, ölkənin baş prokuroru vəzifəsinə əsas namizəd hesab edilirdi.H.Kurokava ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü və hökumətin insanlar arasında təması 70-80 faiz azaltmağa çalışdığı bir vaxtda tanış jurnalistin evinə gedərək onunla qumar oynamaqda ittiham olunur. Həmin vaxt orada digər jurnalistlərin də olduğu və onların da pul ilə maconq oyununa qatıldığı bildirilir.Məsələ burasındadır ki, Yaponiyada qumar oyunu qanunla qadağandır. Bununla yanaşı, belə görüşlərin son üç ildə ayda iki-üç dəfə təşkil edildiyi də məlum olub. Bu oyun zamanı bir məzənnənin 20 min yen (təqribən 185 dollar) təşkil etdiyi də bildirilir.Bu qalmaqalı qızışdıran daha bir məqam isə hadisənin parlamentdə prokurorluq haqqında qanuna düzəlişlərin müzakirə edilməsi ilə eyni vaxta düşməsidir. Müxalifətin bu məsələdə qabartdığı bənddə yaş həddinin artırılması göstərilir. Həmin partiyalar bildirirlər ki, qanuna düzəlişdə məqsəd hökumətə yaxın olan H.Kurokavanın ölkənin baş prokuroru vəzifəsinə yerləşdirilməsi olub.xeber100.com

May 24, 2020 22:04

COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq kompaniyası testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.Azərtac Britaniya KİV-lərinə istinadla xəbər verir ki, kompaniya azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.“Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə kompaniyanın rəhbəri Paskal Sorio bildirib.ABŞ hökuməti koronavirus əleyhinə peyvənd hazırlanması üçün “AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyunda bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.xeber100.com

May 23, 2020 20:54

Yaponiya hökuməti fövqəladə vəziyyəti müzakirə etməyi planlaşdırır

Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin ləğvi məsələsini hər həftə mütəxəssislərlə müzakirə etməyi planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyatın Bərpa naziri Nişimura Yasutoşi məlumat verib.Həmçinin koronavirusla mübarizəyə cavabdeh olan N.Yasutoşi Yaponiyanın nəhəng işgüzar assosiasiyalarının liderləri və prefekturaların nümayəndələri ilə keçirilən telekonfrans zamanı onları insanlar arasında təmasları azaltmaq yolu ilə koronavirusun yayılmasının qarşısını almaq üçün işbirliyinə çağırıb.Nazir əlavə olaraq bildirib ki, o, mayın 14-də və 21-də fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, hər bir prefekturada iqtisadi və ictimai fəaliyyətin bərpası məqsədilə məhdudiyyətlərin yumşaldılması üçün mütəxəssislərin rəyini dinləyəcək.Bu zaman koronavirusa yoluxanların sayı, yerli səhiyyə sisteminin vəziyyəti və virus testlərinin miqdarı kimi göstəricilər əsas götürüləcək. Bu məsələlərlə əlaqədar rəqəmlərin rəsmi nümayəndələr tərəfindən təqdim ediləcəyi bildirilir.Əlavə olaraq qeyd edək ki, mayın 7-də yerli vaxtla saat 11:30-a olan son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların sayı 16 min 189 nəfər təşkil edib. Onlardan 5 min 569 nəfərin sağaldığı, 590 nəfərin isə öldüyü bildirilir. Bununla yanaşı, 312 nəfərin vəziyyətinin çox ağır olduğu vurğulanır.xeber100.com

May 7, 2020 09:41