Hesablama Palatasının hüquqlarından biri ləğv edilir

11 May 2019 15:57

Xəbər 221 dəfə oxunub

Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilir.Trend-in məlumatına görə, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişikliklər edilir.Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ var.Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir.xeber100.com

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 25-27° isti, Bakıda gecə 20-22°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 30-35° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimalı var.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 25-30° isti, dağlarda gecə 18-20°, gündüz 21-26° isti olacağı bildirilir.xeber100.com  

İyun 3, 2020 14:39

“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.Qumrunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı abonentlər dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat verə bilərlər.Bundan başqa, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlar göndərilə bilər. Bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı “Azəriqaz” İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlıya bilərlər.Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verildiyi kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31-də Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək.Bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.xeber100.com

May 23, 2020 20:48

Neft bazarını qiymətləndirən agentliklərə görə…

Neft bazarını qiymətləndirən agentliklərə görə, koronavirus pandemiyası səbəbindən bu rüb ərzində neftə olan tələbat illik müqayisədə 1,7 milyard barrel azala bilər.Azərtac xəbər verir ki, qlobal neft tələbatının beşdəbiri bu rüb ərzində yox olacaq. Neftlə bağlı proqnozlarını açıqlayan üç böyük agentlik koronavirusla mübarizədə görülən məhdudlaşdırma tədbirləri fonunda qlobal miqyasda neft istehlakında ən sərt azalmanın müşahidə olunacağı ilə bağlı həmfikirdir. Tələbin aldığı “zərbə”nin miqyası isə neft istehsalçılarının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, ehtiyatların bu il artacağı mənasına gəlir.Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu həftə neft bazarı ilə bağlı proqnozlarını yeniləyib və tələbatın azalmasının dərinliyi ilə bağlı fikirlər bir-birinə yaxın olub. Beynəlxalq Enerji Agentliyinin keçənaykı pessimist mövqeyi hazırda əsas mənzərə olub. Belə ki, bu rüb ərzində dünyada keçən ilə nisbətən 1,7 milyard barrel az neft istifadə ediləcək.Həm EIA, həm də OPEC-in aprel ayındakı hesabatlarda tələbatın bu ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə gündəlik 12 milyon barrel azalacağını proqnozlaşdırıb. Hazırda isə Beynəlxalq Enerji Agentliyi gündəlik 20 milyon barreldən çox azalma proqnozlaşdırır. Ötən bir ayda karantinin yumşaldılması və müəssisələrin tədricən açılması agentliyin bir az daha optimist proqnoz verməsinə səbəb olub.Lakin EIA və OPEC-in proqnozları kəskin dəyişib və bir ay əvvəllə müqayisədə tələbatın daha da pisləşəcəyi gözlənilir. Bu iki qurumun proqnozu Beynəlxalq Enerji Agentliyinin neft istehlakına dair daha pessimist qiymətləndirməsinə yaxınlaşıb.xeber100.com  

May 16, 2020 22:12