Hökumətə etimadsızlıq votumu parlamentin müzakirəsinə çıxarılıb

21 İyul 2020 18:47

Xəbər 1022 dəfə oxunub

Bolqarıstan Milli Məclisi (parlament) iyulun 21-də keçirilən iclasında Boyko Borisovun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlıq votumunu qəbul etməyib.Azərtac bu barədə Bolqarıstan parlamentinin saytına istinadla xəbər verir.İyulun 15-də Bolqarıstan sosialist partiyası müxalifətin korrupsiyada ittiham etdiyi hökumətə etimadsızlıq votumunu beşinci dəfə parlamentin müzakirəsinə çıxarıb və səsvermə iyulun 21-nə təyin olunub. Səsvermə zamanı 102 deputat etimadsızlıq votumunun lehinə, 124 deputat əleyhinə səs verib, 11 qanunverici isə bitərəf qalıb. Votumun qəbul edilməsi üçün parlament üzvlərinin yarıdan çoxunun – 121 deputatın səsi lazım idi.Bundan sonra etimadsızlıq votumu üzrə yeni təklif minimum altı aydan sonra parlamentə çıxarıla bilər.İyulun 20-də hökumətin istefasını tələb edən nümayişçilər paytaxt Sofiyanın mərkəzində yolu bağlayaraq polisin qoruduğu parlament binasını mühasirəyə almağa çalışıb. İyulun 9-dan başlayaraq davam edən etiraz aksiyalarında iştirak edən minlərlə vətəndaş hələ fevral ayında hökumətə inamının qalmadığını deyən Bolqarıstan Prezidenti Rumen Radevə dəstəyini nümayiş etdirir.xeber100.com

Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına seçkilər keçirilir

Avqustun 12-də Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına seçkilər keçirilir.TASS informasiya agentliyi xəbər verir ki, Qazaxıstanın qanunvericilik orqanında 17 yer uğrunda 46 namizəd mübarizə aparır. Onlara yerli nümayəndəliklərin deputatları səs verəcəklər.Senatda cəmi 49 yer var: ölkənin 17 regionunun hər birindən 2 parlamentari və yuxarı palatada cəmiyyətin milli-mədəni maraqlarının təmsilçiliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla dövlət başçısı tərəfindən təyin edilən 15 qanunverici. Senatın səlahiyyət müddəti altı ildir. Seçilmiş senatorların yarısı üç ildən bir yenidən seçilir.Bu il oktyabrın 15-də yuxarı palatanın regionlardan seçilmiş 17 deputatının səlahiyyət müddəti qurtarır. Bununla əlaqədar növbəti seçkilərin keçirilməsi zərurəti yaranıb. Senata namizədlərin irəli sürülməsi iyunun 13-dən başlanıb və qeydiyyat iyulun 23-dək davam edib.Pandemiya ilə əlaqədar ölkənin Mərkəzi Seçki Komissiyası daha əvvəl məlumat vermişdi ki, Senata deputat seçkilərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikanın baş dövlət sanitarı ilə birlikdə tövsiyələr hazırlanıb.Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev bildirib ki, regionlarda epidemiya vəziyyəti müxtəlif olduğu üçün seçki prosesinin sanitar təhlükəsizliyinin konkret tədbirlərlə təmin edilməsinə dair qərar ərazi seçki komissiyaları və regional sanitar həkimlər tərəfindən birgə qəbul ediləcək.xeber100.com

Avqust 12, 2020 14:48

“South China Morning Post” qəzetinin məlumatı

XR Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer avqust ayında Çin-Amerika ticarət sazişinin ilk mərhələsi üzrə əldə edilən aralıq nəticələri və gələcək addımları müzakirə etməyi planlaşdırır.“South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, danışıqlar yarım ildə bir dəfə yüksək səviyyədə keçiriləcək mütəmadi məsləhətləşmələr barədə sazişə uyğun hazırlanır. Tərəflər sənədin imzalandığı dövrdən bəri əldə olunan irəliləyişi qiymətləndirəcək.Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp pandemiya fonunda Pekinlə ikitərəfli ticarət sazişinin əhəmiyyətinin azaldığını bildirib. O, eyni zamanda, Çinin Amerika istehsalı olan kənd təsərrüfatı məhsullarını rekord həcmdə almağa başladığını qeyd edib.Rəsmi statistikaya əsasən, yanvar ayından iyunadək ÇXR və Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi illik əmsalda 9,7 faiz azalaraq 233,98 milyard dollar təşkil edib. Çindən ABŞ-a ixrac həcmi 11.1 faiz aşağı düşərək 177,55 milyard dollara, Amerika məhsullarının idxalı isə 4,8 faiz azalaraq 56,43 milyard dollara enib.Qeyd edək ki, yanvarın 15-də Vaşinqtonda ABŞ və Çin arasında ticarət sövdələşməsinin ilk fazası üzrə saziş əldə olunub. Sənədi Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin Baş Nazirinin müavini Lü He imzalayıb. Donald Trampın sözlərinə görə, saziş ticarət defisitini aradan qaldırmağa imkan verəcək.xeber100.com

İyul 25, 2020 19:09

Böyük Britaniyada “5G” şəbəkəsi qurulacaq

Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (“5G”) yaradılmasına kömək üçün Yaponiyaya müraciət edib.Xarici KİV xəbər verir ki, Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan olunacaq.Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla Birləşmiş Ştatlar korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib.xeber100.com

İyul 20, 2020 17:08