Hökumətlərarası İnkişaf Təşkilatının bəyanatına əsasən…

4 Avqust 2020 19:11

Xəbər 1205 dəfə oxunub

Cari ilin sonunda Afrikanın şərqində 50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək. Azərtac xəbər verir ki, bu barədə qitənin 8 ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatı (IGAD) bəyanat yayıb.IGAD Zimbabve başda olmaqla Şərqi Afrika ölkələrinin hökumətlərini, habelə BMT-nin Ərzaq Proqramını gözlənilən aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Təşkilatın bəyanatında qeyd edilib ki, COVID-19 pandemiyası, quraqlıq və iqtisadiyyatın çökməsi sözügedən regionda böyük humanitar fəlakətə səbəb ola bilər. IGAD üzv ölkələrin hökumətlərinə və tərəfdaşlarına müraciət edərək, onları təcili texniki və maliyyə yardımı göstərməyə çağırıb.Təşkilatın icraçı direktoru Vorkneh Gebeyehu bildirib ki, qarşıdakı aylarda Şərqi Afrika ölkələrində əhalinin yoxsul təbəqələrinə ərzaq yardımları üçün vahid strategiya hazırlanmalıdır. Eyni zamanda, həmin dövlətlər ticarəti canlandırmaq üçün sərhədlərini açmalıdır.Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Afrikada yeni növ koronavirusa yoluxanların sayı 972 minə çatıb, daha 20 min 600 nəfər isə həyatını itirib.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00